Çin avtomobillərinə MARAQ ARTIR – Səbəb qiymətin ucuz olmasıdır, YOXSA?

“Son vaxtlar avtomobil bazarında Çin istehsalı olan avtomobillərə maraq kəskin artıb”.
Bunu Bizim.Media-ya açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.
O bildirib ki, artan marağın bir sıra səbəbləri var:
“Həmin səbəblərdən biri, Azərbaycana idxal olunan avtomobillərə tətbiq edilən məhdudiyyətlərlə bağlıdır. Bildiyimiz kimi 2014-cü ildən başlayaraq ölkəmizə avtomobillərin idxalını azaltmaq üçün müəyyən tələblər irəli sürüldü. Həmin tələblər əsasən ondan ibarət idi ki, avtomobil “Avro-4” standartlarına cavab verməlidir. ABS sistemi olmalıdır. Ən azı sürücü üçün təhlükəsizlik yastığı olmalıdır.
Bu ildən isə daha ciddi bir tələb irəli sürüldü. Belə ki, istehsal ili 10 ildən yuxarı olan avtomobillərin idxalı birmənalı şəkildə qadağan edildi. Bu və ya digər tələblər təbii ki, bazara öz təsirini göstərdi. Əgər əvvəllər vətəndaşlar daha çox Almaniyadan və digər ölkələrdən gətirilən avtomobillərə üstünlük verdikləri üçün Çin, Hindistan, İran, Rusiya və digər ölkələrin istehsalı olan avtomobillərə maraq çox az idi.
Lakin son qadağa məcbur edir ki, bundan sonra ölkəyə nisbətən yeni avtomobillər gətirilsin. Avropa və bəzi ölkələrdən gətirilən avtomobillər çox baha olduğu üçün avtomobil həvəskarları məcburən Çin istehsalına üz tutmalı olurlar. Çünki, Çin avtomobilləri daha ucuz və əlçatandır”.
Ekspert qeyd edib ki. Çin istehsalı olan məhsullar və xüsusən də avtomobillər barədə streotiplər sınır:
“Çin artıq sübut edir ki, onların istehsal etdikləri avtomobillər keyfiyyətinə, dizaynına və komfortuna görə digər populyar brendlərdən heç də geri qalmırlar. Doğrudan da, son vaxtlar Çin avtomobillərinin keyfiyyəti kəskin şəkildə yüksəlib. Digər bir məqamsa, Çin avtomobillərinin ekoloji cəhətdən də çox sərfəli olmasıdır. Çinin istehsal etdiyi elektromobillərə, hibridlərə heç də hər kəs laqeyd qala bilmir”.
Ərşad Hüseynov Çin avtomobillərinə artan marağın digər bir səbəbini xidmət xərclərinin az olmasında görür:
“Bu avtomobillər az yanacaq sərf etmələrinə rəğmən bir sıra məşhur brendlərindən daha komfortludur. Başqa bir səbəbsə Çin avtomobillərinin rəsmi dilerlərinin ölkəmizdə geniş şəbəkəyə malik olmasıdır. Bu nümayəndəliklər çox yaxşı PR aparırlar. Tez-tez maraqlı təqdimatlar olur. Bütün bunlar da Çin avtomobilinə marağı günbəgün artırır”.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










