Çin maşınları ucuzlaşır: Qiymətlər nə qədər düşəcək?

Azərbaycanda Çin avtomobillərinin qiymətində 2025-ci ilin sonu ilə müqayisədə 1000-2000 manat civarında ucuzlaşma müşahidə olunur. Hazırda "Changan" və "Geely" kimi markalar, xüsusilə də geniş təchizatlı krossoverlər 1000-2000 manatlıq endirimlə daha cəlbedici qiymətə təklif edilir.
Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev Bazkupost.az-a bildirib ki, Çin maşınlarının ucuzlaşması həmin nəqliyyat vasitələrinə marağın azalmasından qaynaqlanır:
“Keçən ilin sonlarına doğru güzəştlərin ləğvi məsələsi gündəmə gəlməmişdən satışla məşğul olanlar ölkəyə yetərincə çox avtomobil gətiriblər. Onlar da güzəştlərdən faydalanmaq üçün bunu müxtəlif fərdi şəxslərin adlarına rəsmiləşdirirdilər. İndi isə həmin avtomobillər satılmayaraq yığılıb qalıb. Nəticədə satış qiymətləri aşağı salındı ki, rəqabətə davam gətirə bilsinlər”.
Ekspert deyir ki, sözügedən tendensiya bazarın mövcud konyunkturasına uyğunlaşma prosesidir:
“Fərdi avtomobil satışı ilə məşğul olan şəxslər lazımi qədər vəsaiti investorlardan alır. Həmin investorlar isə 2025-ci il ərzində qoyduqları vəsait müqabilində 10-15 günə avtomobilin satılması ilə müəyyən qazanc götürürdülər. Amma sonrakı dövrlərdə ölkəyə daha çox avtomobilin gəlməsilə həmin investorlar qoyduqları pulu bir neçə ay ərzində çıxara bilmədiklərindən satışla məşğul olanlardan prosesin sürətləndirilməsini tələb etmək məcburiyyətində qaldılar. Ona görə də hamı avtomobilləri mənfəət əldə etmədən dəyər-dəyməzinə satmağa başladı”.
Həmsöhbətimizin sözlərinə görə, iyun-iyul ayına qədər bu tip Çin avtomobillərinin satışı başa çatarsa, ondan sonrakı dönəmdə bazarda yeni, normal qiymətlər formalaşacaq və stabilləşmə baş verəcək:
“Amma hazırkı dönəmdə yaranmış durum həm rəsmi diler bazarına, həm də fərdi satışla məşğul olanlara ziyandır. Bu da istər-istəməz bazardakı dinamikanı aşağı salır”.
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO










