Çinli istehsalçılar yaponları sıxışdırır

Çinli avtomobil istehsalçıları Cənub-Şərqi Asiya bazarına elektromobillə nüfuz edir.
Avtosfer.az-ın xəbərinə görə, region ənənəvi olaraq yapon istehsalçılarının bazarıdır. Burada əsas avtomobillər Toyota, Nissan, Honda, Mitsubishi, Suzuki, Daihatsudur. Avropalı və amerikalı istehsalçılar burda əsasən yerli müəssisələrdə yığımla məşğuldur. Bazarın illik tələbatı 3 milyon təzə avtomobildir və bu tələbat ilbəil artır.
Lakin indi vəziyyət dəyişir. Region ölkələri elektromobilə keçidi sürətləndirdiyi üçün çinli istehsalçıların qarşısında geniş üfüqlər açılıb. SAIC, BYD, Greatwall, Changan və hətta adı çox da məlum olmayan Neta markaları regionda yerini möhkəmləndirir. Çinli istehsalçılar həm idxal, həm də yerli müəssisələrdə yığımla bazarı ələ keçirir. Yapon və avropalı istehsalçılar isə ortaya ucuz məhsul qoya bilmədikləri üçün onların bazarı daralır.
Əgər ötən ilin ilk rübündə regionda elektromobillərin bazar payı 0,3% idisə, indi 4%-ə çatır. Bu rəqəmin ciddi şəkildə artacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Cənub-Şərqi Asiya regionuna İndoneziya, Laos, Myanmar, Tailand, Malayziya, Yeni Qvineya, Vyetnam, Kamboca və Filippin adaları daxildir.
Vüqar
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










