Daha bir alman avtoşirkəti problemlərlə üzləşdi

Almaniyanın “BMW” avtomobil istehsalçısının mənfəəti cari ilin üçüncü rübündə xeyli azalıb.
Avtosfer.az xəbər verir ki, şirkətin hesabatında qazancın təxminən 84 faiz azalaraq 476 milyon avroya endiyi bildirilir. Analitiklər tənəzzülü proqnozlaşdırsalar da, bundan daha az olacağını düşünürdülər.
“BMW” tənəzzülü Çin biznesində durğunluq, texniki tədbirlərə artan xərclər və istehsal olunan avtomobillərin əyləc sistemində qeydə alınan problemlərlə izah edib. Sentyabr ayında şirkət əyləc sistemində texniki nasazlıqlara görə 1,5 milyondan çox avtomobili geri çağırıb.
Qeyd edək ki, “BMW” son aylar mənfəətin azalması ilə mübarizə aparan yeganə avtomobil istehsalçısı deyil. “Mercedes-Benz” və “Audi” şirkətləri də gəlirlərində azalmalar barədə məlumat yayıblar. Alman avtomobil sənayesindəki böhran bir çox iş yerlərinin ixtisarına səbəb olur. Araşdırmaya görə, 2035-ci ilədək avtomobil sənayesində təxminən 140 min iş yeri itirilə bilər.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












