Daha bir DYP əməkdaşı sürücüyə «uduzdu»– VİDEO

Son günlər sosial şəbəkələrdə yol polisi əməkdaşları ilə mübahisə yaşayan sürücülər tərəfindən çəkilən videomatnriallar yayılmaqdadır. Maraqlıdır ki, həmin videoların demək olar ki, hamısında sürücülər haqlı çıxır. avtosfer.az-ın təqdim etdiyi bu videomaterialda da sürücü yol polisi əməkdaşı ilə bir qədər rəsmi və «qanunun dili» ilə danışmağa çalışır ki, bu da sonda yol polisi inspektoru Məhəmməd Zeynalovun geri çəkilməsi ilə nəticələnir. Sürücünü qadağan olunmuş yerdə ötmə əməliyyatı apardığı və sürət həddini aşdığı üçün saxladığını deyən yol polisi əməkdaşı xeyli çək-çevirdən sonra ondan sənədləri alır və ondan uzaqlaşır. Bir qədər sonra isə geri qayıdıb «xəbərdarlıq etdim» deyərək heç bir inzibati protokol tərtib etmədən sənədləri sürücüyə qaytarır. Hiss olunur ki, yol polisi əməkdaşı onun videosunun çəkildiyini başa düşür və «yerə düş, sözüm var» deyərək sürücünü maşından düşməyə dəvət edir. Lakin sürücü heç bir halda onun tələbini yerinə yetirmir. Maraqlıdır, əgər həmin sürücü inziabti xəta törətmişdisə və yol polisi əməkdaşı Zeynalovun da dediyi kimi, bunu sübut edəcək kamera görüntüləri də var idisə nə üüçün heç bir tədbir görmür? Məgər, hər video çəkən adam qanundan üstündür? Yoxsa Zeynalov səhv etdiyini, kamera görüntüsü-filan deyilən faktın olmadığını görüb heç bir tədbir görmədən sənədləri geri qaytardı?
Bu videodan bir daha aydın olur ki, yol polislərinin əksəriyyəti öz hüquqlarını bilmir və proseslərə kor-koranə yanaşırlar. Necə deyərlər, «tutar qatıq, tutmaz ayran».
Elməddin Muradlı
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










