Daha bir özbaşınalıq; bir nömrə 3 maşına vurulub - FOTO

Bir neçə gün öncə “Cadillac” sahibi olan oğlan paytaxtda xuliqanlıq edib. Avtosfer.az xəbər verir ki, “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə fevralın 13-ü saat 16 radələrində C.Səlimov küçəsində baş verib. Bakı şəhər sakini 1986-ci il təvəllüdlü Zamiq Məhhərəm oğlu Məhərrəmli “Cadillac” markalı 10 ZL 002 dövlət nömrə nişanlı avtomobillə xuliqanlıq zəminində Toyota markalı 99 HB 954 nömrəli maşını idarə edən 1981-ci il təvəllüdlü Mahmud Elxan oğlu Mahmudovu təhqir edərək yumruqla vurub.
“Qafqazinfo”nun apardığı qısa araşdırma ilə “Cadillac”ın üzərində olan nömrənin daha iki maşında istifadə olunduğu üzə çıxıb. 10 ZL 002 “İnfiniti” və “Audi” markalı avtomobillərə də taxılıb. Məlumata görə, atası Məhərrəm Məhərrəmli əslən İmişlidəndir. Bakıda mənzil tikintisi ilə məşğuldur.
Bu informasiya ilə bağlı "Qafqazinfo"ya maraqlı məlumat daxil olub. Məlum olub ki, Zamiq Məhərrəmlinin əmisi Elman Məhərrəmli dələduzluğa görə həbs olunub. O, bir mənzili bir neçə nəfərə satmaqda ittiham olunub. Eyni zamanda onun Aqil adlı bir əmisi isə Kürdəmir Rayon Polis Şöbəsinin rəis müavinidir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













