Dayanacaq quraşdırılır, nişan yaddan çıxır - FOTOLAR

Bakı şəhərində bir neçə ildir ki, çox yaraşıqlı və kifayət qədər dəbdəbəli avtobus dayanacaqları quraşdırılır. Hətta bu dayanacaqlarda monitorlar da var. Qanunvericiliyə uyğun olaraq bu işi Bakı şəhər İcra Hakimiyyəti və Nəqliyyat Nazirliyinin müvafiq qurumları həyata keçirir. Bu iş həm də dövlət yol polisi ilə razılaşdırılaraq həyata keçirilir. Çünki qanunvericiliyə uyğun olaraq, yol hərəkəti təhlükəsizliyi ilə bağlı bütün məsələlərə, yəni görülən işlərin təhlükəsiz, qanunauyğun, yol hərəkəti qaydaları çərçivəsində həyata keçirilmiş olmasına nəzarət Dövlət Yol Polisinə (DYP) aiddir. Bu baxımdan müasir avtobus dayanacaqlarını bu üç qurumun yol hərəkətinin təşkili üzrə fəaliyyətinin birgə məhsulu saymaq lazımdır. Amma həmin yaraşıqlı və monitorlu dayanacaqlara şəkildə gördüyünüz 5.12 nişanı qoyulmayıb. Bilmirəm, bəlkə bu qurumlarda həmin sadə və kasıb görünüşlü nişanı belə dəm-dəsgahlı dayanacaqlara yaraşdırmırlar. Lakin qanunvericiliyin tələbinə əsasən, istənilən yer, o cümlədən düzün ortasında hər hansı bir yolun kənarı, yaxud xüsusi təmtəraqlı bir yer yalnız o vaxt avtobus dayanacağı sayıla bilər ki, orada həmin o kasıb görkəmli 5.12 nişanı qoyulmuş olsun. Əgər bu nişan yoxdursa, oradakı təmtəraq, monitorun və ya başqa qiymətli avadanlıqların olması, hətta sərnişinlərə pulsuz çay və ya kofe verilməsi oranı dayanacaq saymağa əsas vermir. Əksinə həmin nişanın olmaması yol hərəkəti qaydalarının avtobus dayanacağı ilə bağlı qaydalarını həmin yerlərə aid etməyə imkan vermir. Ona görə də, məsələn, kimsə öz avtomobilini həmin «dayanacaq» deyilən yerdə parkladıqda, yaxud avtobus sürücüsü orada deyil, başqa yerdə dayandıqda ona “yol hərəkətinin filan qaydasını pozmusan” deyərək onu məsuliyyətə cəlb etmək formal olaraq qanunsuzdur.
Bakı şəhərində yol hərəkətinin təşkilinə məsul olan qurumların sadəcə həmin dayanacaq məsələsinə belə yanaşması onların ümumi fəaliyyətinə qiymət vermək üçün yetərli sayıla bilər. Qiyməti isə siz verin. Mənim verdiyim qiymət qərəzli sayıla bilər.
Ərşad Hüseynov,
yol hərəkəti üzrə ekspert
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları


























