Dəhşətli avtobus qəzasının səbəbkarı həbs edildi – VİDEO

Aprelin 8-də Sumqayıtda 28 nəfərin ağır yaralanması, 1 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı qaldırılan cinayət işi səbəbkarın həbsi ilə davam edir. "Axar.az"ın məlumatına görə, hazırda cinayət işi ilə bağlı istintaqı Baş DYPİ-nin İstintaq və Tədqiqat şöbəsi aparır. İstintaq yol qəzasında şübhəli bilinən “Amiqo M 2633” özüboşaldan yük maşınının sürücüsü Vaqif Behbudovu dünən şübhəli şəxs qismində saxlayıb və ona qarşı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə ittiham irəli sürülüb. Baş prokurorun təqdimatı ilə dünən Sumqayıt Şəhər Məhkəməsi tərəfindən isə V.Behbudov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, aprel ayının 8-i Bakı-Quba magistral yolunun Sumqayıt Texnologiyalar Parkının yaxınlığında vaqif Azad oğlu Behbudovun idarə etdiyi “Amiqo M 2633” özüboşaldan yük markalı 90 JH 537 dövlət nömrə nişanlı avtomaşınla Ramiz Qurban oğlu Muradovun idarə etdiyi “İsuzu Ekobus” markalı 50 AE 109 nömrə nişanlı sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində 28 nəfər yaralanıb, “İsuzu Ekobus” markalı maşının sürücüsü Ramiz Qurban oğlu Muradov hadisə yerindəcə ölüb.
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur










