Dəhşətli qəza ilə bağlı daha bir açıqlama

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi Səbail rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Avtosfer..az-a daxil olan məlumatda bildirilir ki, mayın 11-də saat 23:30 radələrində Səbail rayon İcra Hakimiyyətində sürücü vəzifəsində işləyən, Bakı şəhər sakini Sabir Hacıkərimov idarə etdiyi «Hyundai Grandeur» markalı 10-AS-509 dövlət nömrə nişanlı avtomobillə Səbail rayonu ərazisində hərəkətdə olarkən piyadalar - Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, X.Cəbrayılov və Z.Xəlilov isə bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Fakta görə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. S.Hacıkərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.
Nurlan
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












