Deputat Azərbaycanda diplomatların da cərimələnməsini istəyir

Milli Məclıisin mayın 2-də keçirilən iclasında çıxış edən deputat Fuad Muradov “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı müzakirəsi zamanı qanunun Avropa qanunvericilik bazasına uyğunlaşdırılmasının təklif edib. “Biz hamımız Avropa ölkələrində oluruq. Orada diplomatlarımızla, konsulluqlarımızın əməkdaşları ilə görüşürük. Maşın idarə edən diplomatlarımız onu işlədikləri ölkələrin qayda-qanunları ilə idarə edir, müvafiq qanuna əməl edirlər. Amma bizdə Azərbaycanda bu məsələ bir qədər başqadır”. Deputat bildirib ki, Avropa ölkələrində diplomatik rütbəsindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozan şəxslər cərimə olunur. “BMT-nin baş iqamətgahı Nyu-Yorkda yerləşir. Dövlətlərarası razılşmaya görə, orada müxtəlif ölkələrin diplomatik işçilərinə müəyyən güzəştlər olmalı idi. Amma buna baxmayaraq Nyu-York polisi 100 milyonlarla cərimə yazır. Bu cərimələri də onların dövlətləri ödəyir. Həmin ölkəyə diplomatın yol-hərəkət qaydalarını pozduğun barədə məlumatı göndərirlər. Azərbaycanda çox istərdim ki, bu məsələyə baxaq. Bu gün heç kim deyə bilməz ki, biz diplomatik toxunulmazlığı pozuruq. Sadəcə bütün Avropa ölkələrində olan təcrübəni burada tətbiq etməliyik”-deyə F.Muradov vurğulayıb. Onun sözlərinə görə, istənilən nəqliyyat vasitəsi- istər diplomatik, istərsə də böyük şirkət olsun -onlar Azərbaycanın yol hərəkəti qanunlarına riayət etməlidir.
Elməddin
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










