Banner

Deputat: «Təcili yardım maşınlarına ayrıca yol zolağı salınmalıdır»

Avtoxəbər 7 May 2014 23:44 Oxunub 2004
Deputat: «Təcili yardım maşınlarına ayrıca yol zolağı salınmalıdır»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Musa Quliyev: «Həmin zolağa keçən sürücülərə elə cərimə yazılmalıdır ki, heç kim bir daha o xəttə keçməsinlər»

Milli Məclisin sosial siyasət komitəsinin sədri müavini, deputat Musa Quliyev yollarda təcili yardım maşınları üçün ayrıca zolaqların yaradılmasını təklif edir. Deputat Avtosfer.az saytına açıqlamasında bildirib ki, təcili yardım maşınlarına yol verilməməsinə görə cərimə sanksiyaları artırılarsa sürücülər bu maşınlara yol verməyə vərdiş edərlər. Milli Məclisdə təcili yardım maşınlarına yol verməyənlərə qarşı cəzaların sərtləşdirilməsi təklifini dəstəklədiyini deyən millət vəkili hesab edir ki, problemin həllini həm də təcili yardım maşınlarına ayrıca yol zolağı yaratmaqla da həll etmək mümkündür. İxtisasca həkim olan Musa Quliyevin sözlərinə görə, təcili yardım maşınlarında aparılan xəstənin, həyatla ölüm-dirim mübarizə aparan insanın və onun yaxınlarının təcili yardım maşını tıxacda qalarkən yaşadıqlarını başa düşmək çoxlarına çətin olsa da, həkimlər bunu yaxşı başa düşürlər: «Bu gün həqiqətən də təcili yardım maşınları xəstələri xəstəxanaya çatdırmaqda, xəstə yardımına yetişməkdə ciddi problemlər üzləşirlər. Bəzən tıxaclar təcili yardım maşınlarını yarı yolda qoyur, bəzən isə boş yolda bəzi təcrübəsiz, qaydaları bilməyən sürücülər bilərəkdən təcili yardım maşınlarına yol vermirlər».

Millət vəkilinin fikrincə, problemin həlli yçün təcili yardım maşınlarına ayrıca yol zolağının salınması daha vacibdir. Çünki dünyanın əksər ölkələrində bu cür üsullar tətbiq olunur: «Ayrıcaxəttinolması təhlükəsizliyitəminedir. Həm də təcili yardım maşınları ünvana, xəstə yanına vaxtındagedib çatır. Belə zolaqlar olarsa, həmtibbiyardım, həmFövqaladə HallarNazirliyinin, həmdə polismaşınlarınınrahathərəkətetməsinə şəraityaranar. Məncə, ozolağın yaradılması və daim boş saxlanılması dahayaxşı haldır. Bunaimkanda var. Məsələn, belə də etmək olar ki, 4 zolaqlı yolda maşınlar 4 deyil, 2-3 zolaqla zərəkət edə bilər. Hər şey insanhəyatı üçündeyilmi? Mənhesabedirəmki, təcilitibbiyardımmaşınları üçünhəminayrıcaxəttsaxlanılmalıdır. Kimsə oxəttipozacaqsa cərimə olunmalıdır. Elə məbləğdə cərimə yazılmalıdırki, heç kimbir daha oxəttə keçməsin. Birincisi, tıxacBakı şəhərininhəryerində deyil. İkincisi magistralyollarda həmin xəttləri boş saxlamaqolar. Yenə deyirəm ki, bir çoxAvropavə Amerika ölkələrində təcili yardım üçünayrıcaxəttsaxlanılır».

Qeyd edək ki, bu yaxınlarda parlamentdə «Yol hərəkəti haqqında» qanuna əlavələr və dəyişikliklər edilərkən çıxış edən deputat Rafael Cəbrayılov təcili yardım maşınlarına yol verməməyə görə cərimə sanksiyasının 60 manatdan 100 manata qaldırılmasını və bu əməlin İnzibati Xətalar Məcəlləsində ayrıca maddə kimi göstərilməsini təklif edib. Avtosfer.az saytına daxil olan məlumata görə, artıq həmin məsələ ilə bağlı Prezident Adminstrasiyasında qanun layihəsi hazırlanır və təcili yardım, yanğınsöndürən və polis maşınlarına yol verməməyə görə cərimə sanksiyası 100 manat göstərilməklə bu əməlin ayrıca maddədə göstəriləcəyi planlaşdırılır. Sözügedən layihənin yaxın vaxtlarda Milli Məclisə göndəriləcəyi gözlənilir.

Elməddin MURADLI

ŞƏRH YAZ
Ad

E-mail

Şərh