Deputatdan avtomobil üçün verilən etibarnamənin ləğvinə FƏRQLİ MÜNASİBƏT
Avtoxəbər
2 Avqust 2023 17:00

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbinin aradan qaldırılması təklif olunur. Konstitusiya Məhkəməsi Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında müvafiq qərar qəbul edib. Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib. Qərara əsasən, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunub.
Avtomobillərin idarə edilməsi üçün etbarnamənin ləğv olunması təklifi ictimaiyyətdə fikir ayrılıqlarına səbəb olub.
Millət vəkili Fazil Mustafanın fikrincə avtomobili etibarnaməsiz idarə etmək müəyyən problemlər yarada bilər: “Etibarnaməsiz məsələnin həlli yolu görünmür. Çünki bizdə avtomobildən idarəetmə mədəniyyəti ilə bağlı problemlər var. Hər kəs onda heç bir səbəb olmadan başqasına avtomobilini verəcək. Təcrübəsiz insanlar daha çox bundan istifadə edəcəklər.
Məncə, məsuliyyət forması üzərində düşünməliyik. Avtomobilin bu formada idarə olunması sonradan insanlar üçün həyati təhlükə yarada bilər ki, bu da nəzərə alınmalıdır. Ona görə də bunun heç də tam optimal bir yol olduğunu düşünmürəm. Üzərində hər halda müzakirə aparılmalıdır.
Etibarnaməsiz verilmə müəyyən problemi həll edir və insanların işini asanlaşdırır. Amma həm də məsuliyyətsizlik yaradan amillərdən biridir. Bunları isə bütövlükdə nəzərə almalıyıq”.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.
Oxunub : 1108
DİGƏR XƏBƏRLƏR
10 Sentyabr 2026 17:00
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
10 Sentyabr 2026 16:00
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
10 Sentyabr 2026 15:41
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
10 Sentyabr 2026 15:30
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
9 Sentyabr 2026 15:00
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
8 Sentyabr 2026 18:00
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
8 Sentyabr 2026 16:53
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
8 Sentyabr 2026 16:48
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
8 Sentyabr 2026 16:41
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
7 Sentyabr 2026 20:15
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
7 Sentyabr 2026 17:16
Sürücülərin sevmədiyi funksiyalar
6 Sentyabr 2026 20:48
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
ŞƏRH YAZ










