Deputatdan maşınların utilizasiyası ilə bağlı qanuna ETİRAZ – “Dünyada 12 ildir, bizdə isə...”

“İşlənmə müddəti dörd ildən artıq olan avtomobillərin utilizasiyaya cəlb edilməsi praktiki olaraq idxal avtomobillərinin xərcini artıracaq. Buna görə də, ödəmə üsullarının konseptual olaraq təkmilləşdirilməsi və vauçerlə nağd ödəniş arasında əlaqənin formalaşdırılmasına ehtiyac var”.
Avtosfer.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, Milli Məclisin son plenar iclasında avtomobillərin utilizasiyası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı da qeyd etdim ki, bir sıra region ölkələrinin və eləcə də Avropa İttifaqına üzv dövlətlərin təcrübəsini nəzərə alsaq bu sahədə ayrıca qanunun hazırlanması və qəbul olunması daha məqsədəuyğun olardı:
“Çünki istehsalat tullantılarının utilizasiyası ilə maşınların utilizasiyası fərqli prosesdir. Avropa ölkələrində belə ayrıca qanun var: Utilizasiya ilə bağlı 2 fərqli praktika var.
Bunlardan biri ABŞ, digəri Avropa İttifaqının praktikasıdır. Hər ikisində utilizasiya prosesi 12 ildir. Beynəlxalq praktikada utilizasiya müddəti 12 il götürülsə də, bizim layihədə bu, 4 il müəyyən edilir. Bunun əsaslandırılmasına ehtiyac var”.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










