Dünyaca məşhur fotoqrafdan növbəti Şuşa paylaşımı - FOTO

Dünyaca məşhur fotoqraf Reza Deqati növbəti dəfə Şuşa ilə bağlı paylaşım edib.
Fotoqraf “Instagram” hesabında Şuşanın dağıdılmış mədəniyyət abidələri barədə bəhs edib.
“Şuşa Azərbaycan mədəniyyətinin incisi olub, burada bir çox şairlər, yazıçılar, musiqiçilər, müğənni və rəssamlar yaşayıb, yaradıblar.
Hər bir köhnə ev müasir Azərbaycan mədəniyyətini yaratmış məşhur şəxslərin muzeyi, doğulduğu yer, emalatxanası, yaradıcılıq məkanı olub. Şuşa məscidi orta əsrlər daş memarlığının şah əsəridir.
1992-ci ilin may ayında şiddətli döyüşlərdən sonra şəhər erməni silahlı birləşmələrinin əlinə keçdi. Mən Şuşa döyüşünün son həftələrində iştirak edən yeganə fotoqraf idim.
28 ildən sonra geri qayıtdım, aşkarladığım isə böyük bir şok və kədər oldu: köhnə gözəl evlərin, muzeylərin, studiyaların, köhnə abidələrin, heykəllərin hamısı talan edilib. Bəziləri tamamilə təməlindən dağıdılıb.
Onlar mədəni tikililəri məhv etmək və yer üzündən silməklə tarixi və mədəniyyəti silə biləcəklərini düşünürdülər.
Əvvəlcə muzeylərin və evlərin materiallarını, böyük ustaların musiqi alətlərini satmağa başladılar, sonra qapıları, pəncərələri, santexnika borularını, qiymətli metal parçaları satmağa davam etdilər və sonda yalnız səssiz divarlar qaldı.
Onlar 17 məsciddən 15-ni yer üzündən sildilər.
“Aşağı Gövhər Ağa” məscidi tamamilə məhv olmaqdan xilas olan iki məsciddən biridir”, - deyə R.Deqati bildirib.
Fotolar BURDA
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










