DYP "avtoş"lara qarşı reydlərə başladı; iki nəfər həbs olundu

Bir neçə gün öncə "KamAZ" markalı yük avtomobilinin sürücüsünün Bakıda təhlükəli əməllərindən sonra paytaxt polisinə avtoxuliqanlara qarşı güzəşt edilməməsi barədə göstəriş verilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə deyib ki, paytaxt yollarında təhlükəsizliyin təmin edilməsi istiqamətində yol polisi tərəfindən davam etdirilən tədbirlər zamanı 2 gün öncə avtoxuliqanlığa görə saxlanılan daha iki nəfər məhkəmənin qərarı ilə həbs edilib. Onun sözlərinə görə, bunlar Bakı sakinləri - Əhmədov Şamxal Rasim oğlu və Hacıyev Cavid Namiq oğludur: "1983-cü il təvəllüdlü Əhmədov Şamxal Rasim oğlu "Moskviç" markalı avtomobilə məxsus "10 FB 051" dövlət nömrə nişanını "Toyota Prado" markalı avtomobilin nömrə yerinə quraşdırıb və idarə etdiyi ciplə açıq-aşkar avtoxuliqanlıq hərəkətləri törədib. O, etdiyi hərəkətlərlə ətrafdakıların həyatına real təhlükə yaradıb, üstəlik, yol polisinin saxlama əmrinə əhəmiyyət verməyərək tabesizlik göstərib. Ona görə də məhkəmənin qərarı ilə 20 sutka həbs olunub. Digər şəxs "90 UG 494" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Hacıyev Cavid Namiq oğlu isə polisin əmrinə tabe olmayaraq ona müqavimət göstərib. Bu səbəbdən də məhkəmənin qərarı ilə 5 sutka həbs olunub".
V.Əsədovun sözlərinə görə, kimliyindən asılı olmayaraq, avtoxuliqanlığa və digər qanunsuzluğa yol verən istənilən şəxs saxlanılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalandırılacaq.
Qeyd edək ki, iyunun 29-da "KamAZ" markalı yük avtomobilinin sürücüsü Fətullayev Elbrus Ağayar oğlu Bakıda yol polisi əməkdaşlarının əmrinə aşkarcasına tabe olmamaqla yanaşı, onların həyatlarına da ciddi təhlükə yaradıb, bu azmış kimi, bilərəkdən avtobusla toqquşaraq qəza da törədib. O, ilkin mərhələdə məhkəmənin qərarı ilə 30 sutka həbs edilib.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










