DYP Bakıda yol çəkənlərə kömək etmədi - FOTO

Avtonəqliyyat vasitələrinin qanunsuz parklanmasına görə paytaxtın Səməd Vurğun küçəsində, “Təzə bazar”ın” yanından Yusif bəy Çəmənzəminli küçəsinə qədər olan hissədə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi işləri tam başa çatdırılmayıb. Bu barədə APA-ya Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verilib. “Dünən saat 22:00-dan etibarən işə başlanılıb. Lakin yolun hər iki tərəfində nəqliyyat vasitələri park edildiyi üçün bizim texnikamız normal işləyə bilmirdi. Dəfələrlə müvafiq orqana müraciət etdik. Bundan sonra nəqliyyat vasitələri sahiblərindən xahiş olundu ki, avtomobilləri həmin ərazidən götürsünlər. Lakin heç kim avtomobili götürmədi, götürənlər də yeni xətlərin üzərindən keçərək rəngləri pozub. Yaranmış vəziyyətlə bağlı həmin avtomobillərin park edildiyi ərazilərdə iş aparmaq mümkün olmayıb”, - deyə qurum rəsmisi bildirib. P.Mürsəliyev bu cür neqativ halların baş verməməsi üçün sürücüləri hər hansı yolda nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı edilən elanlara diqqətlə yanaşmağa çağırıb.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










