Banner

DYP-dən yeni video; hamilə qadın sürücünün başını qatdı və… DƏHŞƏT

Avtoxəbər 30 İyul 2014 20:22 Oxunub 8699
DYP-dən yeni video; hamilə qadın sürücünün başını qatdı və… DƏHŞƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sükan arxasında olan sürücünü diqqət yayındıracaq söhbətlərə cəlb etmək olmaz!

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Hamilə qadının və onun həyat yoldaşının ağır yaralandığı qəzanın videosunu təqdim edirik. Videodan da göründüyü kimi, gənc ailə ani bir diqqətsizlik ucbatından ağır qəzaya düşür. Sükan arxasında olan ər arxa oturacaqda oturan hamilə xanımı tərəfindən söhbətə tutulur. Nəticədə sürücünün diqqəti yayınır, qəflətən avtomobilin qarşısına uşaq çıxır. Bu zaman vəziyyətdən çıxa bilməyən sürücü avtomobili səkiyə çırpır. Nəticə isə göz qabağındadır…

Avtosfer.az-ın dəyərli oxucuları! İzlədiyiniz bu video gerçək yol qəzası deyil. Bu sadəcə, yeni sosial çarxdır və yol hərəkətində diqqətli olmağa təbliğ etmək məqsədilə ekranlaşdırılıb. Bu sosial çarx Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Vaqif Əsədovun şəxsi təşəbbüsü və dəstəyi ilə ekranlaşdırılıb. Soisal çarxın rejissoru isə Orxan Bayramovdur.

Çarxın hazırlanmasına «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi, «Digesta» hüquq firması və Avtosfer.az saytı da dəstək göstərib və öz tövsiyyələrini verib.

Gənc aktyorların canlandırdığı səhnəciyin əsas mahiyyəti ondan ibarətdir ki, sərnişinlər sükan arxasında olan sürücünü diqqət yayındıracaq söhbətlərə cəlb etməməlidir. Sürücülər də bilməlidir ki, sürücünün avtomobil idarə edərkən diqqət yayındıran söhbətlərdə qoşulması qanunvericiliklə də qadağandır.

Bu videoda görünür ki, avtomobil sürətlə hərəkət edir və yola çıxan uşağı görən sürücü idarəetməni itirərək qəza törədir. Bu, təxminən 3 saniyə zamanı əhatə edir. Yəni, sürücü təxminən 3 saniyə ərzində geri çevrilib arvadının toxuduğu paltarı öpür və hər şey də bu zaman baş verir. Nəzərə almaq lazımdır ki, əgər avtomobil 60 km/saat sürətlə hərəkət edirsə, o zaman 3 saniyə ərzində 50 metr məsafə qət etmiş olur. Videodan da görünür ki, sürücü həmin 50 metr məsafəni qabağa yox, arxaya baxa-baxa gedir. Və bu 50 metr məsafədə hər şey ola bilər.

Gəlin, bu videonu diqqətlə izləyək, dostlarımız arasında paylaşaq ki, özümüzü və ətrafdakıları qəzadan qoruyaq, öyrənək və bilməyənləri də öyrədək…

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh