DYP-nin saxladığı "Maserati" - TT 200 nazirin qardaşı oğlunun imiş - FOTO


Avtosfer.az xəbər verir ki, “Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, bu maşın nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsusdur.
Aynar Məmmədov ilk dəfə deyil ki, bu avtomobillə gündəmə gəlir. Ötən il Aynar Məmmədovun lüks avtomobil kolleksiyası barədə mətbuatda geniş yazılar dərc edilmişdi. Deputat oğlu lüks avtomobilləri, dəbdəbəli həyat tərzi haqda öz instagram səhifəsində məlumatlar, fotolar paylaşmışdı. Mətbuatda tənqidi yazılar dərc edildikdən sonra deputat oğlu səhifəsini bağlamaq məcburiyyətində qalmışdı.
Sosial şəbəkələrdə və youtube-da videoları yayılan digər bir avtomobil - 10 LZ 100 nömrəli “Nissan Skyline GT-R35” də deputat oğluna məxsus idi. Deputatın oğlu və qardaşı bu maşınla göstərdikləri “məharəti” videoya çəkib sosial şəbəkələrdə paylaşmışdılar. Daha sonra bu avtomobil uzun müddət cərimə meydançasında saxlanıldı.

Deputat oğlunun sentyabrın 13-də DYP əməkdaşları tərəfindən saxlanılan maşınının ödənilməmiş cərimə borcları olub. Buna görə də maşın cərimə meydançasına aparılıb.
Qeyd edək ki, Aynar Məmmədov Milli Məclisin Beynəlxalq Əlaqələr Şöbəsində məsləhətçi vəzifəsində çalışır. Deputat oğlu işə bu avtomobillə gedib-gəlirdi. Əməkdaşımız bir müddət əvvəl həmin avtomobilin fotosunu Milli Məclisin qarşısında saxlanılarkən də çəkmişdi.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı














