Ehtiyat hissələri satarkən aldatmayın, alarkən aldanmayın - DYP-dən ÇAĞIRIŞ

"Bütünlükdə dünyada olduğu kimi, ölkəmizdə də avtomobil həvəskarları və bu həvəsdən formalaşan biznes mühitini dəyərləndirib sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər var. Hər bir şəxsin isə bu sahələrdəki fəaliyyəti və məsuliyyəti qanunların tələbi ilə formalaşır. Təəssüf ki, zaman-zaman istismar qaydalarının pozulması, eləcədə normativ tələblərə riayət edilmədən quraşdırılan avadanlıqlar Dövlət Yol Polisi tərəfindən avtomobilin təchizatında aşkarlandıqda və bununla bağlı qanuni tədbir görüldükdə bizə belə suallar ünvanlanır ki, bəs həmin avadanlıqlar nə üçün satılır və ya onu satanlar barədə niyə tədbir görülmür".
Bu sözləri Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

O, təyinatı üzrə düzgün formada quraşdırılmayan və ya istifadəsi qadağan edilən, həmçinin istismar qaydalarını pozaraq məsuliyyət yaradan halların tamamilə ayrı anlayışlar olduğunu deyib:
"Misal üçün, işıq cihazları, avtomobil üçün yaylar, sükan sistemləri, təkərlər (ölçüyə uyğun olmadan quraşdırılarkən) və ya digər formada sayrışan işıqlar, çoxavazlı səs siqnalları, kustar metodlarla hazırlanmış pərdələr, səsboğucu qurğular və digərləri məsuliyyəti o zaman yaradır ki, şəxs ya onu səhv formada quraşdırır və ya qadağan edildiyi halda istifadə edir. Təbii ki, bu növ avadanlıqları və ya ehtiyat hissələrini satan şəxslər onun istismarında yarana biləcək problemlər, nəqliyyat vasitəsinə uyğun olub-olmaması barədə vicdanlı şəkildə istehlakçıya izah etməlidir. Lakin bu ehtiyat hissələrini alıb, quraşdırıb və nəticədə qayda pozuntusuna yol verən şəxslər sonradan "bilmirdim" kimi ifadələrlə haqq qazandıra bilməzlər, çünki qanun bilməməyə görə heç kimi məsuliyyətdən azad etmir. Satıcı əgər məhsul barədə düzgün izah verirsə, alıcıda qarşılığında buna məhəl qoymursa, bu artıq daha təhlükəli vəziyyət yaradır və qanun keşikçisi də belə hallarla mübarizə aparmağa borcludur. İstər müxtəlif məhsulları satanlar, istər onu quraşdıranlar, istərsə də alıcılar öz maddi maraqlarını qanuni maraqlardan üstün tutmaqla cəmiyyətin yol hərəkəti təhlükəsizliyi kimi həyati əhəmiyyətli marağını təhdid altında qoymamalıdır".
Polis mayoru sürücülərə müraciət edib:
"Hörmətli sürücülər, nəzərə alın ki, istismar qaydasını pozaraq idarə etdiyiniz avtomobil normal halda inzibati məsuliyyət yaradırsa, qəza baş verdikdən sonra onun nəticələrinə görə həmin vəziyyət sizi hətta cinayət məsuliyyəti ilə belə üz-üzə qoya bilər. Kimisi avtomobilə olan marağına, kimisi isə maddi marağına görə bu proseslərdən kənarda qalan və təhlükəsiz yaşamaq hüququna malik olan vətəndaşlarımıza heç bir formada təhlükə yaratmamalı və düzgün olmayan hərəkətlərin nəticəsində əlavə narahatlıq və narazılıqdan vaxtında çəkinməlidir. Avtomobil gün ərzində birimizin nəqliyyat ehtiyacını ödədiyi halda digərinin isə həyatda keçimini qarşılayır. Ona görə də istismarınızda olan nəqliyyat vasitələrinə lazımsız müdaxilələr etməklə əlavə məsuliyyət qarşısında qalmaq əvəzinə, cərimələrə və ya qadağan olunmuş avadanlıqlara ödəyəcəyiniz vəsaiti vaxtlı-vaxtında avtomobilinizin texniki sazlığına və doğmalarınızın ehtiyaclarına xərcləyin ki, özünüzün və ətrafdakıların həyatı təhlükəsiz olsun!"
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










