Ekoloji təmiz nəqliyyat layihəsi niyə işləmir? – CAVAB

Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni stimullaşdırmaq üçün yeni təkliflər hazırlanır. Belə ki, elektrik mühərrikli və hibrid avtomobilləri kreditlə alma şərtlərinin sadələşdirilməsi nəzərdə tutulur.
Mövcud qaydalara əsasən yeni avtomobil alan zaman mütləq ilkin ödəniş 40 faiz təşkil edirdi. Yeni təkliflərdə bu faizin aşağı salınması nəzərdə tutulur. Eyni zamanda, bildirildiyinə görə, kreditin illik faiz dərcəsinin isə 10 faizə endirilməsi gündəmdədir.
Lakin bütün bu güzəştlər ancaq istehsal tarixi 3 ildən çox olmayan elektrik mühərrikli və hibrid avtomobillərə şamil ediləcək.
Bu istiqamətdə hazırlanan təklifləri Bizim.Media-ya şərh edən iqtisadçı ekspert Natiq Cəfərli atılması gözlənilən həmin addımın Azərbaycanda elektrik və hibrid avtomobillərə tam mənasında güclü marağın yaranmasına gətirib çıxaracağına əmin deyil:
“Bu addımı pozitiv dəyərləndirmək olar. Atılması gözlənilən bu addım əslində ölkəmizdə elektrik mühərrikli və hibrid avtomobillərə marağı artıra bilər”.
Bununla belə, ekspert qeyd edir ki, burada əsas problem başqa məsələdir:
“Elektrik və hibrid avtomobillərin ölkəyə gətirilməsində müəyyən pozitiv dəyişikliklər olsa da, bu addım tam da yetərli deyil. Çünki güzəştlər yalnız son 3 ildə istehsal edilən elektrik və hibrid avtomobillərinin gətirilməsinə şamil ediləcək.
Bu isə məntiqli deyil. Çünki dünyada il məsələsi ancaq benzin və dizellə işləyən avtomobillərə aiddir. Çünki bu tip avtombillərin daha müasiri ekologiyaya köhnələrilə müqayisədə daha az ziyan vurur. Elektrik avtomobilləri isə hansı ildə istehsal edilməsindən asılı olmayaraq eyni prinsiplə, ekologiyaya sıfr təsir prinsipilə işləyir”.
Həmsöhbətimizin fikrincə, elektrik mühərrikli avtomobillərə il məhdudiyyəti qoymaq məhtiqsizlikdir:
“Məhz həmin məhdudiyyətin aradan götürülməsi hibrid və elektrik mühərrikli maşınlara ölkəmizdə marağın daha da yüksəlməsinə ciddi töhvə verər. İndiki addım isə bu istiqamətdə irəliləyişə səbəb olsa da, daha geniş töhfə verməyəcək. Çünki əhalinin mütləq əksəriyyətinin son 3 ildə istehsal olunan bu tip avtomobilləri almağa gücü çatmır”.
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










