Elektrikli avtomobillər barədə doğru sanılan 7 böyük səhv

Elektrikli nəqliyyat vasitələrinin populyarlığı hər gün artır və yollarda daha çox səssiz mühərrikli avtomobillər görürük.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, məlumatlara görə, ötən ilin ilk on ayında qlobal yeni nəqliyyat vasitələrinin satışlarının 25%-dən çoxunu elektrikli modellər təşkil edib. Bu göstərici 2019-cu ildə 3%-dən aşağı olub.
Lakin, bu sürətli artıma baxmayaraq, elektrikli nəqliyyat vasitələri haqqında yanlış məlumatlar sosial mediada və müxtəlif platformalarda yayılmağa davam edir. Bir çox potensial istifadəçi mənzil narahatlığı və ya təhlükəsizlik narahatlıqları kimi əsassız iddialar üzündən daxili yanma mühərrikli nəqliyyat vasitələrindən imtina etməkdən çəkinir.
Elektrikli avtomobillər barədə 7 böyük yanlış
1. Ətraf mühit üçün zərərsiz olduğu iddiası
Batareya istehsalı zamanı lityum və nikel kimi metallardan istifadə nəticəsində yüksək emissiya yarandığı doğrudur. Yeni bir elektrikli avtomobilin istehsal mərhələsində karbon izi benzini avtomobilə görə 80% daha yüksək ola bilər. Lakin bütün ömür boyu istifadədə elektrikli SUV-lar, benzinli SUV-lara nisbətən 71% daha az istixana qazı buraxır. Yəni istehsaldakı "emissiya borcu” qısa müddətdə ödənir.
2. Benzinli avtomobillərdən daha baha olduqları
Başlanğıc qiymətlərin yüksək olması istifadəçiləri düşündürsə də, Beynəlxalq Enerji Agentliyinin məlumatları göstərir ki, ümumi sahiblik xərcləri elektrikli avtomobillərdə daha aşağıdır. Şarj xərcləri yanacaq xərclərindən ucuzdur və hərəkət edən hissələrin azlığı səbəbindən texniki baxım xərcləri düşür.
3. Mənzil problemi və yolda qalma qorxusu
Keçmişdə 150 km-lik məhdud menzillər indi geridə qalıb. Orta seqment elektrikli avtomobillər bir şarjla 400-550 km arası yol qət edə bilir. Statistikaya görə sürücülər gündəlik ortalama 50 km yol gedir, mövcud mənzil isə əksər istifadəçilər üçün kifayətdir. Şəhərlərarası səyahətlər üçün şarj stansiyaları sürətlə artır.
4. Batareyanın tez-tez dəyişdirilməli olması barədə təsəvvür
Batareya dəyişimi bahalıdır, amma tez-tez tələb olunmur. İstehsalçılar adətən 8 il və ya 160 min km batareya zəmanəti verir. Elektrikli avtomobil və batareyasının ortalama ömrü 18,4 il, benzinli avtomobillərdə isə 18,7 il civarındadır.
5. Şarj müddətinin çox uzun olması
Köhnə ev prizlərində tam doldurma 40-50 saat çəkə bilərdi. Müasir "Level 2” ev şarj sistemləri ilə 4-10 saata, açıq sürətli şarj stansiyalarında isə 20 dəqiqədən 1 saata %80 doldurmaq mümkündür. Yeni texnologiyalarla bu müddətin benzin doldurma qədər qısalması hədəflənir.
6. Yanğın və partlayış riski
Araşdırmalar göstərir ki, elektrikli avtomobilin yanma ehtimalı 0,0012%, daxili yanma mühərrikli avtomobillərdə isə 0,1%-dir. Batareya idarəetmə sistemləri voltaj və temperaturu daim izləyir və riskləri minimuma endirir. Problem yaranarsa, sistemlər əvvəlcədən xəbərdarlıq verərək evakuasiya üçün vaxt tanıyır.
7. Radyasiyanın sağlamlığa zərərli olduğu iddiası
Avtomobillərin yaydığı elektromaqnit sahələrin sağlamlığa təsiri elmi olaraq sübut edilməyib. Ölçmələr göstərir ki, avtomobil içindəki radyasiya səviyyəsi insan sağlamlığına təhlükə yaratmır. Bu avtomobillər "ionlaşdırıcı olmayan” radyasiya yayır və canlıların DNA-sına zərər vermir.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












