Elektrikli avtomobillərin doldurucuları 2 il ƏDV-dən azad edilir
Avtoxəbər
6 Oktyabr 2024 10:51

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 2 il uzadılır.
Avtosfer.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.
Layihəyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılacaq.
Oxunub : 1380
DİGƏR XƏBƏRLƏR
5 Oktyabr 2026 14:11
Avtomobil sığortası BAHALAŞACAQ?
4 Oktyabr 2026 23:14
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
4 Oktyabr 2026 13:39
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
4 Oktyabr 2026 08:59
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
2 Oktyabr 2026 19:12
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
2 Oktyabr 2026 17:06
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
1 Oktyabr 2026 20:28
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
1 Oktyabr 2026 15:56
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
1 Oktyabr 2026 12:18
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
1 Oktyabr 2026 11:18
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
29 Sentyabr 2026 22:49
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
29 Sentyabr 2026 18:00
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
ŞƏRH YAZ











