Elektromobillərdən şikayətlər artıb - VİDEO

Elektromobil sahibinin soyuq havada avtomobilinin daha az məsafə qət etməsindən şikayət etdiyi barədə görüntülər yayılıb.
Avtosfer.az-ın məlumatına görə, ümumiyyətlə, elektromobillərin tam şarjla qət etməli olduqları məsafədən daha az hərəkət etməsi ilə bağlı son vaxtlar şikayətlər artıb.
Bu barədə danışan digər elektromobil sürücüləri də deyilənləri təsdiqləyirlər. Onların sözlərinə görə, hava soyuq olduqda qət edilən məsafə ilə isti havada qət edilən yol fərqli olur.
Sürücülər deyirlər ki, fərq olmasına baxmayaraq, elektromobillər yenə də ənənəvi yanacaqla işləyən avtomobillərdən daha sərfəlidir.
Mütəxəssislərin sözlərinə görə, bu, avtomobilin doğru işləməməsi və ya hər hansı problemin olması demək deyil. Çünki avtomobildə göstərilən maksimum gediş məsafəsi onun optimal şəraitdə gedəcəyi maksimum məsafə hesab edilir.
Ətraflı videomaterialda.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?












