Elektromobilliyin genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq

Azərbaycanda elektromobillik texnologiyasının ölkə üzrə genişləndirilməsi ilə əlaqədar ən azı 3 ssenari (dövlət tərəfindən subsidiya hesabına, dövlət-özəl tərəfdaşlığı və özəl investisiya ilə idarə olunan əməliyyatlar) təhlili əsasında inkişaf strategiyasının seçilməsinə dair təkliflər hazırlanacaq. “Report” xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.
Qeyd edilib ki, təkliflərin bu ilin avqust ayınadək hazırlanması nəzərdə tutulub.
Həmçinin sentyabrın 1-dək seçilmiş strategiyaya uyğun texniki, bazar və tənzimləyici risklərin azaldılmasına dair təkliflər hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir.
Oktyabrın 1-dək isə elektromobillik strategiyasının və onun tövsiyə olunan icra mexanizmlərinin iqtisadi faydaları (enerjidən istifadənin azaldılması və ətraf mühitə faydalar daxil olmaqla) qiymətləndirilməli və nəticələri Komissiyaya təqdim olunmalıdır.
Bildirilib ki, bütün bu işlər Energetika Nazirliyi (Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi), İqtisadiyyat Nazirliyi (Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi (Azərbaycan Texniki Universiteti), Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC, altqrupda təmsil olunan digər aidiyyəti qurumlar tərəfindən icra edilməlidir.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












