Elmar Vəliyevin oğlu özünə son model avtomobil aldı - FOTO

Bir müddət əvvəl dövlətə və banklara külli miqdarda borcu ilə gündəmə gələn Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevdən və onun oğlu Elmir Vəliyevdən yeni xəbər var.
Belə ki, sabiq icra başçısının oğlu Elmir Vəliyev özünə qiyməti 157 min ABŞ dolları (270 min manata yaxın) olan yeni avtomobil alıb.
Bu, “Land Rover”in yeni “Defender” kolleksiyasından olan avtomibildir.
Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə bu avtomobillə getməsi “Defender”ə ölkədə böyük maraq yaradıb.
Belə ki, son iki il ərzində imkanı olan şəxslər ölkə başçısının istifadəsində olan bu maşından almağa başlayıb.
Vəliyevlər ailəsinin belə bahalı maşın alması isə təəccübə səbəb olub. Belə ki, ayrı-ayrı özəl banklara krediti və vergi orqanlarına külli miqdarda borcu olan bu ailənin belə bahalı maşın alması qınanmalıdır.
Elmar Vəliyevin Gəncədə çalışarkən şəhərin abadlaşdırılması adı ilə yerli mağazalardan aldığı inşaat mallarına görə də xeyli borcunun olduğu deyilir.
Qeyd edək ki, Elmar Vəliyev bir neçə il əvvəl Gəncədə sui-qəsdə məruz qalıb.

(Gununsesi.info)
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










