Ən qənaətli avtomobillərin reytinqi tərtib edilib – TOP-10

Ekspertlər 10 ən qənaətli avtomobilin adını açıqlayıblar. Avtosfer.az xəbər verir ki, bu barədə “Auto.Bigmir.Net” portalında məlumat verilib.
Qeyd edək ki, bu siyahıya minik avtomobillərin bütün sinifləri daxil edilib.
Reytinq, yanacaq istehlakı, mühərrik növü və havaya buraxılan tullantılarının xüsusiyyətləri əsasında tərtib edilib.
Beləliklə, reytinqin ilk yeri “Opel Corsa 1.2”yə məxsusdur və adətən müasir marka modellərində rast gəlinən hibridli güc mexanizminə malikdir. “Opel Corsa 1.2”də də benzin qənaət etməyə imkan verən oxşar cihaz təqdim olunur. Kompakt B – sinfinə aid avtomobil 155 at gücündədir və 100 kilometrə 4 litr yanacaq sərf edir.
İkinci yerdə “Ford Fiesta 1.0 EcoBoost” qərarlaşıb. Benzinlə işləyən kompaktlar arasında ən yaxşısı, litrlik turboüçlüklü “Fiesta” olub. Bu maşının da maksimal qüvvəsi 155 at gücündə, 100 kilometrə isə 4 litr yanacaq yandırır. Hibrid sisteminə əlavə güc mexanizmi də quraşdırılıb.
İlk üçlüyü “Peugeot 208 BlueHDi 100” və “Opel Corsa 1.5 Diesel” modelləri bağlayır.
Bu avtomobillərin xüsusiyyətləri eynidir – hər iki maşın 1,5 litr həcmli, 105 at gücündə olan mühərriklə təchiz edilib və 100 kilometrə 3,2 litr dizel işlədir.
Reytinqdəki növbəti avtomobillərin modelləri bunlardır:
“Toyota Yaris Hybrid”;
“Toyota Prius”;
“Ford Focus 1.0 EcoBoost Hybrid”;
“Ford Mondeo Hybrid”;
“Peugeot 508 BlueHDi 130 EAT8”;
“Toyota Camry Hybrid”;
“BMW 520d”.
Namiq Musayev
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












