Ermənilər kəndlərimizi atəşə tutmaqla Azərbaycan Ordusuna təsir etmək istəyir - Ekspert

Uzun illərdir Ermənistan rəhbərliyi və erməni ordusunun komandanlığı Azərbaycanla hədə-qorxu ilə danışmaqla ölkəmizə qarşı aqressiyanı davam etdirir.
Bunu Trend-ə açıqlamasında hərbi siyasi icmalçı Ramil Məmmədli deyib. O bildirib ki, 1994-cü ildə atəşkəs müqaviləsi imzalanandan bu günə qədər Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində mütəmadi təxribatlar həyata keçiriblər:
"Sentyabrın 27-i səhər saatlarında da ermənilər yenidən təmas xəttində təxribat törətməyə cəhd etdilər. Amma bu dəfə Azərbaycan Silahlı Qüvvələri erməni hərbi birləşmələrinə əks-həmlə hücumuna keçdi və bütün istiqamətlər üzrə onların dayaq məntəqələrini darmadağın etdi. Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə hücumları nəticəsində düşmən çoxlu sayda itki verərək geri çəkilməkdə davam edir. Artıq erməni hərbi birləşmələrinin 2500-dən artıq canlı qüvvəsi məhv edilib ki, onların içərisində çoxlu sayda muzdlu döyüşçülər də var. Bundan başqa, ümumilikdə ermənilərin 200-dən artıq zirehli texnikası, raket artilleriya sistemləri, minaatanlar, hava hücumundan müdafiə sistemləri, tanklar, komanda müşahidə məntəqələri, silah-sursat anbarları və ən nəhayət, S-300 zenit raket kompleksi darmadağın edilib. Məhv edilən erməni ordusunun silah və texnika, silah-sursat anbarları və digər texnikalarının dəyərini hesablasaq, son dörd gündə Ermənistan Silahlı Qüvvələri 5 milyard dollardan artıq itki verib. Bu itkilərə canlı qüvvələr aid deyil. Ermənilər yenə də öz xislətlərindən əl çəkməyərək Azərbaycan Silahlı Qüvvələri ilə deyil, mülki əhalimizi hədəf alıb. Onlar yaşayış məntəqələrini atəşə tutaraq Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini zəiflətmək istəyirlər. Amma onlar buna nail ola bilməyəcəklər. Hətta muzdlu döyüşçülər cəlb etsələr də bunu bacarmırlar".
Ekspert bildirib ki, Azərbaycan Silahlı Qüvvələri müasir silahlardan və müasir döyüş taktikalarından istifadə edərək böyük üstünlüyə malikdir: "Ordumuzun işğal altındakı ərazilərimizin azad olunması istiqamətində apardığı genişmiqyaslı əks-hücum əməliyyatının əsası Azərbaycan hərbçilərinin döyüş ruhu və qələbə əzmidir".
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












