“Ferrari” 50 ildən sonra yarışa qayıdaraq "24 saat Le Mans" da qalib gəldi

Britaniyalı Ceyms Kalado, italiyalı Antonio Giovinazzi və Alessandro Pierre Guidinin təmsil olunduğu İtaliyanın "Ferrari" komandası "24 saat Le Mans" yarış Marafonunun əsas sinfi olan "hiperkar"lar arasında qalib olub.
İkinci yeri isveçrəli Sebastian Buemi, Yeni Zelandiyalı Brendon Hartli və yaponiyalı Re Hirakavanın çıxış etdiyi Yaponiyanın "Toyota" komandası tutub.
Yarışı üçüncü yerdə isə ABŞ-ın "Cadillac" komandası başa vurub, heyətə Yeni Zelandiyalı Erl Bamber və britaniyalı Aleks Linn, Riçard Uestbruk daxildir.
"Ferrari" 1973-cü ildən bəri ilk dəfə olaraq marafonun əsas sinfində iştirak edib.
Qeyd edək ki, "24 saat Le Mans" Marafonu bu il 91-ci dəfə keçirilib və 100 illik yubileyini qeyd edib. Turnir ilk dəfə 1923-cü ildə keçirilib. Marafon dünyanın ən məşhur və populyar avtomobil yarışlarından biridir.
Yarışda qazanılan qələbə istənilən avtomobil istehsalçısı üçün çox prestijli hesab olunur. Ən uğurlu komanda Marafonda 19 dəfə qalib gələn "Porsche"dir.
Sürücülər arasında isə rekord sahibi doqquz qələbə qazanan danimarkalı Tom Kristensendir. (report)
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər











