«Ferrari», «Porshe», «BMW» - Dubayın atılmış avtomobilləri - VİDEO

Hər hansı şəhərdə ən böyük problem zibillə bağlıdır, digərləri cinayətkarlığın yüksək səviyyədə olmasından əziyyət çəkir, üçüncülərdə isə yaşamaq üçün belə normal ev tapa bilmirsən. Dubay sakinlərinin problemi isə öz unikallığı ilə fərqlənir. Faktxəbər-in verdiyi məlumata görə, bu şəhərin ən böyük problemi aeroportun və şəhərin küçələrində park yerlərində toz basmış bahalı avtomobillərdir. Dubayda olan hər bir kəs bilir ki, buranın özünəməxsus avtomobil mədəniyyəti var. Ölkədə neft gəlirləri və daşınmaz əmlak bazarlarının investisiyası ilə məşğul olan varlanmış Xarici investorlar, əsasən də britaniyalar son model italyan və alman idman avtomobilini alaraq bu dəbə qoşulmaq və milyoner statusu qazanmaq üçün külli miqdarda pul xərcləyirdilər. Lakin, bu tərəfdən isə iqtisadi böhran çıxdı və...
Həmin andan etibarən minlərlə ən bahalı, təmtəraqlı avtomobilləri heç kimə lazımsız vəziyyətdə qaldı. Bu maşınlar borc ucbatından şəhəri tələsik tərk edən emiqrantlar tərəfindən atıldı. Biznesmenlər banklardan götürdükləri nəhəng ssudaları ödəyə bilməyəcəklərini anladıqda ( Dubayda borc, hətta ödənməmiş çek cinayət sayılır) isə avtomobil sahibləri panikada aeroportlara getdilər. Mercedes, Ferrari, Porshe, BMW və digər bahalı maşınlar Dubay Beynəlxalq Aeroportunda atıldı. Hər bir avtomobilin qabaq şüşəsində isə kredit sənədləri və üzrxahlıq məktubları var.
Qeyd edək ki, bir çox avtomobillərin üzərində açar olmasına baxmayaraq, heç kəsə lazımsız vəziyyətdə orada qalıb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












