Geely X3 modeli yenilənərək Pro indeksini alıb - FOTO

2017-ci ildə debüt etmiş Geely Vision X3 krossoveri dünyaya Geely SC5-RV hetçbeki olaraq gəlmişdi. Lakin istehsalçı həyat yolunun başlanğıcında uğursuzluqla üzləşən modeli krossoverə çevirməyə qarar verib. Modelin kuzovu və interyeri ciddi şəkildə dəyişdirilib və nəticədə 4005 millimetrlik krossover peyda olub. İndi isə, Geely şirkəti krossoveri yeniləyərək onu son firma dizayn üslubuna uyğunlaşdırıb və Çində populyar olan Pro indeksi ilə təmin edib.
Geely şirkəti tədricən konsentrik naxışı olan radiator barmaqlığından imtina edərək, "balina bığları" adlandırılan şaquli çubuqları olan radiator barmaqlığına keçir . Artıq Geely Vision X3 Pro modeli də belə barmaqlıqla öyünə bilər. Bundan başqa, krossover yeni bamperlərə və 16-düymlük təkər disklərinə də sahib olub. Kuzovun ümumi arxitekturası dəyişilməyib: kuzov əvvəlki kimi kəskin şəkildə ucalan kəmər xəttinə və baqajın yüksək kandarına malikdir.
İnteryer tamamilə yenidir – media sisteminin səkkiz düymlük ekranı son dəbə uyğun olaraq ön panelin üzərində yerləşdirilib. Analog düymələrdən və parlaq dekordan əsər-əlamət belə qalmayıb - üstünlük sadə dizayna verilib. İqlimə nəzarəti sistemi isə, demək olar ki, tam şəkildə media sisteminə inteqrasiya olunub. Eyni zamanda, klassik cihazlar paneli yerini qoruyub və hətta monoxrom bir ekrana da malikdir.
Geely Vision X3 modeli yeni güc aqreqatını iki il əvvəl, Çində daha sərt ekoloji normaların tətbiq olunduğu dövrdə alıb. Odur ki, yenilənmiş Pro versiyası texniki hissəni restaylinqdən əvvəlki modeldən bütövlükdə miras olaraq alıb. Model əvvəlki kimi 109 at qüvvəli 1,5-litrlik benzin mühərriki, beş pilləli mexaniki qutu və ya variator ilə təchiz edilir. Ötürmə - məlum məsələdir ki, ön oxadır. Bununla birlikdə, yanacaq sərfiyyatını azaltmağa imkan verən Eco rejimi də peyda olub.
Yenilənmiş Geely Vision X3 Pro bir neçə gündən sonra Çin bazarına çıxacaqdır. İndi o, şirkətin model çeşidindəki ən kiçik və ucuz kross-formatlı avtomobildir, çünki daha yığcam Geely Vision X1 modeli artıq istehsal olunmur. Çində X3 modelinin qiymətləri 7600 dollardan başlayır./autograph
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO












