“Gəncə Avtomobil Zavodu”nun xalis mənfəəti 48 % artıb

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 2020-ci ili 7,396 milyon manat xalis mənfəətlə başa vurub.
Avtosfer.az xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 48,1 % çoxdur.
Ötən il “Gəncə Avtomobil Zavodu”nun əsas əməliyyat gəliri 98,935 milyon manat (əvvəlki illə müqayisədə 89,7 % çox), sair əməliyyat gəlirləri 863 min manat (əvvəlki il min manat olub) təşkil edib. Satışın maya dəyəri 86,952 milyon manat (2 dəfə çox), kommersiya xərcləri 1,311 milyon manat (61,5 % çox), inzibati xərclər 2,352 milyon manat (11,2 % çox), sair əməliyyat xərcləri 596 min manat (7,8 % çox), mənfəət vergisi ödəmələri isə 1,849 milyon manat (48,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Gəncə Avtomobil Zavodu”nun aktivləri 81,206 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 9,7 % azalaraq 51,117 milyon manata, balans kapitalı isə 32,6 % artaraq 30,09 milyon manata çatıb.
Xatırladaq ki, 1986-cı ildə əsası qoyulmuş “Gəncə Avtomobil Zavodu”nun istehsal gücü layihəyə əsasən 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlanmalı olsa da, Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında “Gəncə Avtomobil Zavodu” işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












