“Genesis” Cənubi Koreyada kabelsiz batareya sistemini test edir - FOTO

“Hyundai”ın luks markası olan “Genesis” elektromobil avtomobillərin kabelsiz formada batareya yığa biləcəyi texnologiyasını Cənubi Koreyada sınamağa başladı. “Genesis”in məqsədi bu texnologiyanın gələcək zamanlarda nə qədər əlçatan olduğunu nümayiş etdirməkdir. Avtosfer.az xəbər verir ki, bu ilin sonlarına qədər markanın “GV60” və elektromobil “GV70” modellərində kabelsiz şarj sistemi təcrübədən keçəcək.
Bu kabelsiz batareya stansiyaları “Genesis”in şəxsi dilerləri də daxil olmaqla Cənubi Koreyada 23 fərqli nöqtədə yer alacaq. Belə ki, “Genesis” bunlara “kabelsiz daşınabilən batareya aləti” adını verir. “Genesis”in kabelsiz daşınabilən batareya alətləri 11 kWlik güc çıxışına sahibdir.
Qeyd edək ki, CAR dərgisi “Genesis”in Seul Suji-dəki mərkəzinə gedərək bəzi önəmli məqamlara toxunub. “Genesis” kabelsiz batareya alətləri ilə yanaşı sürücünü kabelsiz olaraq batareya lətinə yaxınlaşdırmaq üçün proaram təminatı üzərində də işləyir. Kabelsiz batareya alətləriylə birlikdə avtomobilinizin çölə çıxarmadan belə şarj edə biləcəksiniz.
“Genesis” məhsul rəhbəri Marc Choi isə kabelsiz batareya alətlərinin hələlik kütlənin istifadəsinə hazır olmadığını düşünür. “Fokuslanmaq istədiyimiz ən vacib məsələlərdən biri də sürətdir. Hal-hazırda 11 kW-a qədər çıxa bilirik və bu olduqca yavaş sürət göstəricisidir. Məhz bu səbəbfən texnologiyamızı cəmiyyətə açıq vəziyyətə gətirməzdən öncə biraz gözləmək istəyirik”.
Sonda vurğulayaq ki, “Qualcomm”da kabelsiz nəqliyyat batareyaları üzərində işləyən digər texnologiya qurumudur. Kabelsiz batareya sistemini tanıtmaq üçün “Formula E”ni istifadə edən “Qualcomm”, Halo adını verdiyi kabelsiz batareya texnologiyasını yaxın günlərdə müştərilərin istifadəsinə verməyi düşünür.
Nərmin Əkbər
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir














