Genesis səkkiz yeni elektrokar hazırlayır - FOTO

Cəmi altı yaşı olan Koreyanın Genesis şirkəti yeni inkişaf proqramını təqdim edib. Güman etdiyiniz kimi, söhbət ümumi elektrikləşmədən gedir: 2025-ci ildən başlayaraq bütün yeni Genesis modelləri elektriklə hərəkətə gələcəklər,
2030 -cu ilə qədər isə model çeşidində daxili yanma mühərrikləri olan avtomobillər qalmayacaqdır. Eyni zamanda, Genesis ənənəvi batareyalı avtomobillər ilə yanaşı, ynacaq elementləri ilə çalışan hidrogen elektromobilləri hazırlayacaqdır. Qeyd etmək gərəkdir ki, ana Hyundai konserni uzun müddətdir ki, bu sahə ilə ciddi şəkildə məşğul olur.
2030-cu ilə qədər Genesis markasının model xəttində səkkiz elektrik modelinin, istehsal həcminin isə illik 400 min ədəd olacağı bildirilir. Bütün modelləri iki zolaqlı LED fənərlər birləşdirəcəkdir. Tizerdən göründüyü kimi, belə zolaqlar ön qanaddan qapıya doğru uzanacaqdırlar.
Bəzi avtomobillərdə hərəkət istiqamətinin əksinə doğru açılan arxa qapılar (kuzov orta sütunlarından məhrum olacaq) və dönən oturacaqlar olacaqdır. Bununla belə, model xəttinin inkişaf strategiyası hələlik tam hazır deyil.
Şirkətin ilk seriya elektromobili keçən ilin yazında debüt edib - bu, Genesis Electrified G80 sedanıdır və onu Cənubi Koreyada 76 min dollardan almaq olar. İlk tam orijinal elektrik modeli - orta ölçülü Genesis GV60 krossoveri yoldadır. Bu modelin tam hüquqlu təqdimatı bu payızda baş tutacaqdır. GV60 krossoverinin istehsalının başlaması 2022-ci ilə planlaşdırılır.///autograph
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar











