Güclü tıxac, 18 qəza; Bakının çıxış yolu bağlandı

Bakı yol polisi paytaxtın bütün inzibati ərazisi üzrə səfərbər edilərək hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə əisi, polkovnik-leytenant Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, hal-hazirda Baki şəhərində qərargah yaradılıb, şəhərin inzibati ərazisində İcra Hakimiyyətinin qış qarajına məxsus olan 30-a yaxın qumtokən və 20-yə yaxin duzsəpən texnika cəlb olunub.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin texnikası şəhərin kənarında təmizlik işləri aparır. Gərginlik Bakıxanov körpüsündən başlayaraq Tbilisi prospekti üzrə 20 Yanvar dairəsi istiqamətində, həmçinin şəhərin "Şamaxinka" adı ilə tanınan ərazidən Xırdalan, Sumqayıt yolu istiqamətində buzlaşma müşahidə olunur. Həmin ərazidə avtomobillər tam dayanıb. Hazırda təmizləyici texnikanın köməyi vasitəsi ilə şəhərin yolları normal vəziyyətə salınır. İndiyədək sürücülərin yoldakı vəziyyəti düzgün qiymətləndirməməsi nəticəsində 18 maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bunların yeddisində sürücülər zərər çəkmiş nəqliyyat vasitələrini tərk ediblər. "Əhali və avtomobil sahibləri ictimai nəqliyyatdan istifadəyə və yaxud peşəkar sürücülərin köməyi ilə müvafiq ünvana çatmağa üstünlük verməli, işiqforların, yol nişanlarının göstərişlərinə riayət etməli, maşınların dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar", - Vagir Əsədov tövsiyə edib.
Bu arada Bakının bır sıra avtomobil yollarında dəhşətli tıxac yaşanır. Sürücülərin verdiyi məlumata görə, Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti 3 saatdan çoxdur ki, iflic olub. Buna səbəb qarlı hava şəraitinin olması göstərilir. Sürücülərin sözlərinə görə, tıxac yaşanan ərazidə yol polisləri heç bir fəaliyyət göstərmir. Bakının şimal qapısı bağlanıb. Avtomobillər hərəkət edə bilmir. Güclü tıxac Heydər Əliyev prospektində də yaşanır. Sürücülər bildirirlər ki, 1 saatdan çoxdur ki, tıxacdadırlar.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










