Banner

Gül bayramına hazırlıqla əlaqədar bəzi yollar bağlanıb

Avtoxəbər 6 May 2014 00:01
Gül bayramına hazırlıqla əlaqədar bəzi yollar bağlanıb
WhatsApp kanalımıza abunə olun
Füzuli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsi istiqamətində yol bağlanıb

Mayın 10-da Bakıda keçiriləcək Gül bayramı ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, 10 may tarixində Heydər Əliyev Sarayının qarşısında keçiriləcək Gül bayramına hazırlıq işlərinin görülməsi ilə əlaqədar paytaxtın Füzuli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsi istiqamətində artıq nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib. Ona görə də, DYP sürücülərdən xahiş edir ki, bunu nəzərə alsınlar, sıxlığın, yol-nəqliyyat hadisələrinin yaranmaması üçün əvvəlcədən istiqamətlərini müəyyənləşdirib elə yoldan istifadə etsinlər ki, narahatlıq yaranmasın.

Oxunub : 2416
ŞƏRH YAZ
Ad

E-mail

Şərh