Gürcüstanın Azərbaycana avtomobil ixracı 100 milyon dollar artıb
Avtoxəbər
25 Sentyabr 2023 12:38

Gürcüstan 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 296,99 milyon ABŞ dolları dəyərində 17 095 ədəd avtomobil ixrac edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 3 110 ədəd və ya 15,4% azalıb, lakin dəyəri 100,83 milyon dollar və ya 51,4% artıb. 2022-ci ilin ilk 8 ayı ərzində isə Gürcüstan Azərbaycana 196,16 milyon dollar dəyərində 20 205 ədəd avtomobil ixrac edib.
2023-cü ildə Gürcüstanın avtomobil ixracı əvvəlki illə müqayisədə 178,1% artaraq 1 milyard 368,3 milyon dollara çatıb. Avtomobil ixracı ölkənin ümumi ixracının 33,5%-ni təşkil edib.
apa
Oxunub : 1198
DİGƏR XƏBƏRLƏR
9 Sentyabr 2026 15:00
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
8 Sentyabr 2026 18:00
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
8 Sentyabr 2026 16:53
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
8 Sentyabr 2026 16:48
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
8 Sentyabr 2026 16:41
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
7 Sentyabr 2026 20:15
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
7 Sentyabr 2026 17:16
Sürücülərin sevmədiyi funksiyalar
6 Sentyabr 2026 20:48
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
6 Sentyabr 2026 16:47
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
5 Sentyabr 2026 09:14
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
3 Sentyabr 2026 17:24
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
3 Sentyabr 2026 17:00
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
ŞƏRH YAZ










