Hava yastığı sərnişinin ayağını qıra da bilər – BU HALDA

İlk baxışdan yanaşma belədir: axı avtomobilin hava yastığı insanın baş və sinəsini qorumalıdır. Ayaq hissə kəmərlə qorunur. Lakin təcrübə bəzən əksini göstərir.
Avtosfer.az-ın xəbərinə görə, Azərbaycanda da ayağı qabaq paneldə, və ya avtomobildən kənarda hərəkət edənlərə vaxtaşırı rast gəlinir. Praktika göstərir ki, bu vəziyyətdə qəza çox ciddi fəsadlar doğurur. Bir müddət əvvəl britaniyalı ər-arvad səyahət edərkən ər sükana nəzarəti itirərək maşını divara çırpıb. Aşağı sürətlə baş verən qəzada sürücü çox yüngül travma ilə qurtulmuşdu.
Lakin açılan hava yastığı qadının ayağını sifətinə çırparaq bərpası mümkün olmayan xəsarət yetirib. Bud sümüyü isə oynaqdan çıxıb. Digər ölkələrdə ayağın sınması ilə nəticələnən qəzalar baş verib.
Hava yastığının açılma sürəti 300 km/saatdır. Kraş testlər göstərir ki, bu zərbənin gücündən çiyin, burun, kəllə sümüyü və digər sümüklər sına bilər.
Məsələnin ciddiliyini görən avropalı qanunvericilər artıq hərəkətə keçiblər. İspaniyada bu xəta 200 avro cərimə ilə cəzalandırılır. Digər ölkələr də məsələni qanuna salmaq üzərində baş sındırır.
Vüqar
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










