Hərbi avtomobil Türkiyə Prezidentinin diqqətini çəkdi - FOTO
Avtoxəbər
18 Avqust 2021 15:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən "IDEF 2021" Beynəxalq Müdafiə Sənayesi sərgisində iştirak edib və TÜMOSAN tərəfindən hazırlanan PUSAT Hibrid hərbi avtomobilini incələyib.
Avtosfer.az bildirir ki, Albayrak Qrupunun idarə heyətinin sədri Ahmet Albayrak və sədr müavini Nuri Albayrak zirehli texnika barədə ölkə rəhbərinə geniş məlumat veriblər. Bildirilib ki, bu, ilk dəfədir "IDEF 2021" sərgisində təqdim olunur və ən önəmli cəhəti mühərrikinin yerli imkanlar hesabına hazırlanmasıdır.
Belə ki, hərbi texnikanın mühərriki 310 at gücündədir və digər hərbi nəqliyyat vasitələrinə də bu tip mühərriklərin inteqrasiyası həyata keçiriləcək.
Hazırda 100 zirehli texnikanın mühərrikinin montajına başlanılıb və bu texnikalar Türkiyə Silahlı Qüvvələrinə təslim ediləcək.
Qeyd edək ki, Türkiyədə "IDEF 2021" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir. Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də iştirak edir.





Oxunub : 2492
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 13:45
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
9 Oktyabr 2026 21:12
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
9 Oktyabr 2026 15:26
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
9 Oktyabr 2026 14:48
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
8 Oktyabr 2026 23:59
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
8 Oktyabr 2026 18:45
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
8 Oktyabr 2026 14:11
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
8 Oktyabr 2026 08:00
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
7 Oktyabr 2026 23:04
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
7 Oktyabr 2026 17:09
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
5 Oktyabr 2026 21:50
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
5 Oktyabr 2026 17:18
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
ŞƏRH YAZ












