HEYRƏTAMİZ! Bu yolda svetafor da yoxdur, qəza-tıxac da… – VİDEO

Efiopiyanın paytaxtı Addis Abebadakı bu meydanda avtomobillərin bu cür hərəkəti hər kəsi təəccübləndirir. Bu qədər qəliz və çoxzolaqlı yolun heç bir svetaforla nizamlanmaması isə daha böyük marağa səbəb olub. Elə işin də ən maraqlı tərəfi odur ki, heç bir svetaforla nizamlanmayan bu yolda qəza baş vermir. Sürücülərin bir-birlərini gözləyib yola davam etməsi, hətta bir dəqiqə belə tıxac yaranmaması bizləri də təəccübləndirdi. Və bu videoya sosial şəbəkələrdə belə bir ad qoyulub; bu qədər geniş meydanda svetafor olmasa da, nəqliyyatın hərəkəti su kimi axır.
Diqqətlə baxdıqda onu da görə bilərik ki, hətta piyadalar da maşınların arasıyla çox rahatlıqla yolu keçirlər. Yəqin ki, gözlərinizə inanmayacaqsınız. Amma bu bir gerçəklikdir. Həqiqətən də yollarda təhlükəsiz hərəkət vərdişlərinə sahib olmaq başqa bir işdir. Bu cür yol ayrıcı bizim Bakıda olsaydı, heç şübhəsiz ki, 2 dəqiqəyə tıxac, qəza və ölüm-itim baş verərdi. Çünki biz svetaforla nizamlanan yolda belə tıxac yarada bilirik. Odur ki, həmişə dediyimiz fikri bir daha təkrar edirik; sükan arxasında, yol hərəkətində təfəkkürümüzü dəyişməliyik, qanunlara, qaydalara əməl etməyi həyat tərzinə çeviriməliyik. Axı bizim efiopiyalılardan nəyimiz əskikdir?
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












