Hiper avtomobil gücündə SUV: “BMW XM Label Red” - FOTO

“BMW”nin M1 modelinin varisinin orta mühərrikli super bir avtomobil olması gözlənilirdi. “BMW” sevərlər hər nə qədər Bavariyalı markanın sedan modellərini SUV çeşidləri ilə müqayisədə daha çox bəyənsələr də şirkət bazar payının yüksək olduğu ölkələrdə ən çox SUV növlərini satır.
Avtosfer.az xəbər verir ki, “BMW”nin müştərilərinə təqdim edəcəyi “XM Label Red” modeli 23 qarışlıq diskləriylə birlikdə gələcək həftə Şanxay avtomobil sərgisində görüntülənəcək. Bəs “BMW” məhsul çeşidində ən güclü modeli bizə nə təqdim edir?
“BMW XM”in standart versiyası 644 at gücü və 800 Nm fırlanma anına sahibdir. Bir sözlə, hiper avtomobil qədər at gücünə malik olan və “BMW” loqosunu daşıyan SUV modeli axtaranlar üçün “Label Red” mükəmməl seçimdir.
“Label Red”in kapotunun altında standart XM ilə eyni V8 hissəsi yer alır. S68 kodlu çeşid 745 at gücü və 1000 Nm fırlanma anı istehsalını özündə ehtiva edir. Həmçinin 4.4 litr həcmindəki V8 hissə elektromobil mühərriklərlə dəstəklənir. Səkkiz pilləli avtomatik transmissiya ilə birləşdirilən bu qurğu nəticəsində “XM Label Red”in 0-96 km/saat sürətlənməsi sadəcə 3.7 saniyə vaxt aparır.
Maksimum sürəti 250 km/saat olan “Label Red” variantıə əgər M/Driver’s tərcihi ilə alınarsa 282 km/saat sürətə çata bilir. Sadalanan bütün bu texniki detallar “BMW XM Label Red”in şirkətin məhsul çeşidindəki ən gücü avtomobil olmasını gerçəkləşdirir.
Qeyd edək ki, “BMW XM Label Red” sadəcə 500 ədəd istehsal olunacaq və satış qiymətinin 159 000 dollardan başlayacağı gözlənilir.
Nərmin Əkbər
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR




















