“Honda” ikinci dəfə ABŞ-da geri çağırma proqramını təşkil edir - FOTO

“Honda” Amerikada satışını gerçəkləşdirdiyi “Pilot”, “Passport” və “Odyssey” modellərini geri çağırır.
Avtosfer.az xəbər verir ki, şirkət 300 min ədəd avtomobili geri çağırma əməliyyatına daxil edib. Bəs “Honda” avtomobillərini niyə geri çağırır? Yan güzgülərdə olan isidici mexanizm, güzgü şüşəsiylə isidici yastığın arasındakı yapışqanın özəlliyini itirməsinə gətirib çıxarır. Bu səbəbdən qeyd edilən modellərin kənar güzgüləri öz-özünə düşə bilir.
Belə ki, geri çağırma 2020-2021-ci illər arasında istehsal olunan “Pilot”, “Ridgeline” modellərini və 2020-2022-ci illərdə buraxılan “Passport”, “Odyssey” modellerini əhatə edir.
“Honda”nın verdiyi açıqlamaya görə problem isidici yastığından qaynaqlanır. Yuxarıda da qeyd etdiyimiz kimi yastıq güzgünün arxa tərəfin olan yapışqanın təsirinin azalmasına səbəb olur və güzgü arxa tərəfdə olan dəstəkləyicisindən ayrıla bilir. Bu vəziyyətdə güzgü öz-özünə düşə bilir.
“Honda” gələcək həftələrdə problemdən qaynaqlanan avtomobil sahiblərini mail vasitəsilə məlumatlandıracaq və onların yoxlanılması üçün məhsuliyyət sahibi satıcılara yaxınlaşmaları bildiriləcək. May ayından etibarən məlumat xarakterli paylaşımların avtomobil sahiblərinə çatacağı düşünülür. “Honda” problemdən təsirlənən avtomobillərin həm sağ, həm də sol güzgülərini dəyişdirəcək və bu dəyişimdə ödəmə haqqı tutulmayacaq.
Nərmin Əkbər
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR























