Hondadan sıfır karbon hədəfi üçün yeni əməkdaşlıq

“Honda” 2022-ci ildə açıqladığı sıfır karbon hədəfi və elektromobilləşmə mərhələsini sürətləndirmək üçün iş ortaqlıqlarının sayını artırır. Hidrogenləşdirilmiş nəqliyyat vasitələri üçün General Motors və Sony Mobility şirkətləri kimi aparıcı proyektləri ilə seçilən “Honda”, Yaponiya Aviasiya və Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA), LG Energy Solution ilə yeni məhsul təsisi yatırımı kimi bir çox qurumla əməkdaşlığını elan etməyə davam edir.
Avtosfer.az xəbər verir ki, son olaraq “Honda” ilə Cənubi Koreyanın polad istehsalçısı “POSCO” arasında sıfır karbon tədqiqatları üzrə hərtərəfli əməkdaşlıq sazişi imzalanıb. Hər iki şirkət sazişdə göstərilən qaydalara uyğun mövzuyla bağlı araşdırma işlərinə başlayıb. Belə ki, həm “Honda”, həm də “POSCO” elektromobil texnologiyaları kimi güclü yönlərindən yararlanacaq. Karbon neytrallığına yönələn cəhdlərini daha da artırmaq üçün hər iki marka gələcək nəsillər üçün dünya gözü ilə hərəkət edərək ortaqlıqlarını genişlətməyə qərar verdi.
Şirkətlər arasında yaradılmış əməkdaşlığa, əsasən, hər biri bu sahədə bacardıqları qədər araşdırma aparmalıdır. Bu sahələrin başında isə elektrikli nəqliyyat vasitələrində vacib yer tutan batareya ön plana çıxır. Xüsusilə, batareya materiallarının tədarükündə ortaqlıq və gələcəkdə onlarda texniki dəyişikliklə bağlı mövzular üzərində dayanması diqqət cəlb edir.
Eyni zamanda, istehsalda istifadə olunan avtomobil polad təbəqəsinin istifadəsi üçün avtomobil çəkisini azaldan ultra yüksək gərginlikli təbəqə metal və istehsal prosesi zamanı istixana qazı emissiyalarını azaldan təbəqə metal də araşdırılacaq mövzular içərisindədir. Son olaraq e-Axle (elektrikliv ox sürücüsü) üçün sürücü mühərriklərinin kütləvi istehsalında elektrik polad təbəqənin tətbiqi də işə daxil ediləcək.
Qeyd edək ki, “POSCO”nun prezidenti Çoi Conq-Vu “Honda” ilə davam edən əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. O, “Honda”nın elektrikli avtomobillərini prosesə, xüsusilə də akkumulyator materialları üzərində araşdırmalara daxil etməklə tam dəyər zənciri yaradıla biləcəyini vurğulayıb.
Nərmin Əkbər
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










