“Hyundai IONIQ 6” dünya üzrə ilin avtomobili seçildi

“Hyundai” dünya səviyyəsində sevilən “Electrified Streamliner” modeli IONIQ 6 ilə böyük uğura imzasını atdı. Avtosfer.az xəbər verir ki, bənzərsiz aerodinamik dizaynı və 614 kilometrlik uzun məsafə yürüşü nəticəsində beynəlxalq mükafatlar qazanan lONIQ 6, New York Avtomobil Sərgisinin təşkilatçılığıyla hazırlanan yarışmada mütəxəssis münsif heyətinin də bəyənilən modeli oldu.
Eyni zamanda lONIQ 6 “2023 dünyada ilin avtomobili”, “2023 dünyanın eıektromobil avtomobili” və “2023 dünyada ilin avtomobil dizaynı” mükafatlarını qazanaraq həm marka, həm də onun elektromobil strategiyasına mübət təsir göstərdi. Ümumi olaraq 32 ölkədən 100 avtomobil dünyasıyla maraqlanan jurnalistlərdən ibarət WCOTY münsifləri 2022-ci ildə qalan hissəsi satışa təqdim olunan ilk üç finalçı arasından IONIQ 6-nı birinci seçdi.
Bu xüsusi seçim “Hyundai”ın dünyada ilin avtomobil mükafatalarında ard-arda ikinci dəfə üçlü mükafatı aldığını göstərir. Belə ki, münsif heyət keçən il də başqa elektromobil “Hyundai” modeli olan IONIQ 5-i eyni kateqoriyalarda qazanan okaraq vurğulamışdı.
Müştəriləri ilə duyğusal səviyyədə münasibət qurmaq istəyən “Hyundai” IONIQ 6-nın dizaynı və təqdim etdiyi komfortlu elementləri ilə ciddi yol qət etmiş oldu. Cəsur və modern dizaynı möhtəşəm yürüş məsafəsi həyata keçirmək üçün aerodinamik səmərəliliklə birləşərək 0.21 cd-lik ən aşağı müqavimət əmsalı ilə nəticələndi.
Qeyd edək ki, “Hyundai” markası ilə yanaşı müxtəlif nominasiyalar üzrə mükafata layiq görülən modellər də aşağıdakı kimi açıqlanıb:
Dünyada ilin elektromobil avtomobil mükafatı qazananı: “Hyundai IONIQ6”
Dünyada ilin ən yaxşı dizayn avtomobil mükafatı qazananı: “Hyundai IONIQ6”
Dünyada ilin luks avtomobil mükafatı qazananı: “Lucid Air”
Dünyada ilin performans avtomobili mükafatı qazananı: “Kia EV6 GT”
Dünyada ilin şəhər avtomobili mükafatı qazananı: “Citroen C3”
Nərmin Əkbər
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA










