“Hyundai Sonata” qrimlənmiş halı ilə təqdim olundu - FOTO

Qrimlənmə əməliyyatı deyildiyi zaman ağlımıza çox da dəyişməyən dizayn: bir neçə güvənlik təchizatı, yaxud texnoloji əlavələr gəlir. Amma “Hyundai” bu qavrayışımızı dəyişdirmək üçün ciddi iş aparır.
Avtosfer.az xəbər verir ki, uzun müddətdir qrim əməliyyatlarında modellərini tamamilə dəyişdirən Cənubi Koreya istehsalçısı, üzərində makiyajdan daha çox iş gördüyü “Sonata”nı təqdim etdi.
Artıq yeni “Sonata” bütün “Hyundai” ailəsinin paralel dizayn diliylə qovuşub. Avtomobilin ön qismindəki LED işıq çubuğu, “Staria” və “Grandeur” modellərini xatırladır. “Sonata”nın N-Line versiyası dörd egzoz çıxışı ilə diqqət cəlb edərkən yeni faralar və sıfırdan dizayn edilmiş buferlər modelə daha çox aqressiv dizayn verib.
Modelin iç dizaynına baxdığımız zaman dəyişimin müqayisə olunmayacaq qədər artdığını görə bilərik. Qrimlənmiş “Sonata”, “BMW”nin “iDrive 8” sistemi ilə tanış olan ilk “Hyundai” modelidir deyə bilərik. Belə ki, salonda 12.3 qarışlıq böyüklüyə sahib rəqəmsal idarə paneli və məlumat-əyləncə sistemi monolit ekrana quraşdırılıb. Lakin “BMW” toxunmalı düymələrə vida etsə də, “Hyundai” onları saxlamağa davam edir.
Salonu başdan-ayağa gəzən havalandırma barmaqlıqları və yeni sükan dizaynı da bu bölgədə diqqət çəkən detallar arasındadır. Bir sözlə, modelin ümumi halda müasir və səliqəli görüntüylə tamamlandığını demək mümkündür.
Nərmin Əkbər
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?



























