İcra Hakimiyyətindən sürücülərə parking xəbərdarlığı

Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi sürücülərdən nəqliyyat vasitələrini müvafiq icazəsi olan və avtonəqliyyat vasitələrinin dayanacaqları üçün müəyyən edilmiş yerlərdə saxlamağı xahiş edir. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, bununla bağlı İdarə sürücülərə müraciət ünvanlayıb. Müraciətdə sürücülərin nəzərinə çatdırılır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 aprel 2014-cü iltarixli, 179 saylı "Bakı şəhərində avtodayanacaqların təşkili haqqında" müvafiq sərəncamına uyğun olaraq, şəhərin küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar ləğv ediləcəkdir: "Qeyd olunanları nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi sizdən nəqliyyat vasitələrinizi müvafiq icazəsi olan və avtonəqliyyat vasitələrinin dayanacaqları üçün müəyyən edilmiş yerlərdə saxlamanızı xahiş edir. Əsk təqdirdə sizə İnzibati Xətalar Məcəlləlsinin 158-1-ci maddəsinin (Dayanma, durma və parklanma qaydalarının pozulması) tələblərini pozduğunuz üçün inzibati xəta protokolu tərtib ediləcək, avtomoliniz cərimə meydançasına aparılacaq".
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Bakının küçə və prospektlərindəki qanunsuz parklanma məsələsi ilə bağlı iradını bildirib. Dövlət başçısının iradından sonra aprelin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 16-da paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi barədə sərəncam imzalayıb.
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur










