«İnfiniti» ilə avtoşluq edən gənc kimdir? - VİDEO

Bakıda «avtoş»luqla məşğul olan daha bir avtomobilin videosu yayılıb. Avtosfer.az-ın məlumatına görə, facebook sosial şəbəkəsində «Avtoşlar» səhifəsində yayılan videoda «İnfiniti» markalı, 90-MP-090 dövlət nömrə nişanlı avtomobilin təmir olunan yolda sürücülük məharətini göstərdiyi əksini tapıb. Yüksək sürətlə hərəkət edən sürücü əl tormozundan istifadə edərək təhlükəli manevrlər nümayiş etdirir.
Sözügedən videonun yayıldığı səhifəyə yazılan şərhlərdən məlum olur ki, bu hadisə Abşeron rayonu, Fatmayi kəndindəki «Həyat» şadlıq evinin qarşısında baş verib. Avtomobil sahibinin isə adının Rauf olduğu bildirilir. Yazılan şərhlərdən o da məlum olur ki, Rauf bu maşınla xeyli vaxtdır «avtoş»luq edir və hətta 250 km/saat sürətlə sürdüyü vaxtlar da olub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu avtomobil tez-tez Bakının Yasamal rayon Prokuorluğunun binası qarşısında dayanır. Ehtimal olunur ki, avtomobilin sahibi hüquq mühafizə orqanları əməkdaşıdır. Avtomobil sahibinin bu maşını satmağa hazırlaşdığı da bildirilir.
Fərid
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












