İnterneti idarə edən milyarderlərin avtomobilləri - FOTOLAR

XXI əsrin ən varlı insanları proqramçılar olacaq. Avtosfer.az ziza.az-a istinadən ən məhşur insanların hansı avtomobillərlə ofislərinə yollandıqlarını təqdim edir.
Mark Zukerberq - Facebookun yaradıcısı.
Onun hesablarının ümumi dəyəri 30 mlrd. dollardır. «Ferrari», «Bugatti», «Land Rover» kimi bahalı maşınlara üstünlük vermir, çünki onun fikrincə, “maşın sərvət deyil, sadəcə nəqliyyat vasitəsidir”. Bu ilin yanvar ayında onu dəyəri 40 000 dollar olan “Volkswagen Golf GTI” avtomobilində görüblər.
İyul ayında isə bəzi informasiya vasitələri, Markın orta qiyməti 1.3 mln. dollar olan italyan superkarı olan “Pagani Huayra” sahib olduğunu yazıblar.
Şon Parker. Airtime`nin təsisçisi
Varidatı - 3.2 mlrd.dollar. O, San Fransiskoda qiyməti 52 000 dollardan başlayan Audi S5-də, Los Ancelsdə isə qiyməti 100 000 dollardan başlayan Tesla Model S`də hərəkət edir.
Ctiv Balmer. Microsoft`un keçmiş baş direktoru
Varidatı–22 mlrd.dollara yaxın. Milyarder avtomobillər arasında Ford`a üstünlük verir. Çünki atası bir vaxtlar Ford Motors Compony`in meneceri olub. İstənilən avtomobilə sahib olma imkanı olsa da, üstünlüyü orta qiyməti 27 200 dollardan başlayan Ford Fusion`un hibrid modelinə üstünlük verir.
Bill Qeyts-Microsoft`un rəhbəri
Planetin ən varlı adamı. Varidatı – 81.4 mlrd.dollar. Qeyts, Porshe markasına olan sevgisi ilə də məhşurdur. O, 1986-1989 –cü illərdə istehsal olunan və hələ o dövrdə 225 000 dollara olan nadir Porshe 959-a sahib olan ilk amerikalıdır. Testdən keçmədiyi üçün bu avtomobili Bill, uzunmüddət Amerikaya apara bilməmişdi. Hazırda Bill Qeyts, Porshe 911 və Porshe 930 modellərini idarə edir. (ABŞ-da yeni modelin orta qiyməti 84 000 dollardır).
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır
PPF örtüyü avtomobil boyasını nə dərəcədə qoruyur? – VİDEO
Ölkəyə nə qədər elektrik və hibrid avtomobil idxal edilib? - DGK sədri açıqladı - VİDEO
“Maserati” milyardlıq elektromobil layihəsini dayandırdı
Gömrükdə nəqliyyat vasitələrinin yoxlanılması sinxron həyata keçiriləcək - YENİ QƏRAR
Kondisioner işləyərkən pəncərəni açmaq olarmı?
Kompüter mühəndisləri sürücüsüz avtomobilə minməyə qorxurlar - FOTO
Yayda mühərriki qızdırmaq lazımdırmı?
Çin maşınlarına maraq artır; sürücülərin seçimi niyə elektromobillər olur? - RƏY
Avtomobil nəhəngi işçilərinin sayını azaldır - Çin bazarının...
















