İcbari Sığorta Bürosu avtomobilini 8 % endirimlə təkrar hərraca çıxarır

Aprelin 25-i, saat 10:00-da “Əmlak Hərrac Mərkəzi” MMC-də İcbari Sığorta Bürosuna (İSB) məxsus əmlak hərraca çıxarılacaq.
Bu barədə İSB məlumat yayıb.
Məlumata görə, söhbət İcbari Sığorta Bürosuna məxsus “Lexus GS250” sedan avtomobilindən gedir.
Onun ilkin hərrac qiyməti 42 500 manat, təkrar hərrac qiyməti 38 250 manat təşkil edib. Bu hərraca isə avtomobil 35 150 manata təklif olunub.
Təkrar hərracda iştirak üçün satış qiymətinin 5 %-i, yəni 1 757 manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir.
Eyni zamanda qeyd olunur ki, 500 manat məbləğində iştirak haqqı hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək hərrac təşkilatçısının hesabına ödənilməlidir. (report)
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir












