İdxalı qadağan olunmuş, ancaq pulu ödənilmiş maşınlar ölkəyə buraxılacaq? - AÇIQLAMA

Nazirlər Kabinetinin 29 mart tarixli qərarı ilə artıq zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılacaq. Bir aydan sonra qərar qüvvəyə minir.
Bir çox şəxslər avtomobillərini artıq sifariş edib və onların gətirilməsi qərarın qüvvəyə minəcəyi tarixdən sonra olacaq.
Bəs onlarla bağlı hansı addım atılacaq?
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qərarın imzalandığı 29 mart tarixinə qədər (29 mart daxil olmaqla) maşınlarını sifariş edib, ödənişlərini edənlərə güzəşt ediləcək.
“Onların sifariş etdikləri avtomobillər Azərbaycana buraxılacaq. Qərarın geriyə qüvvəsi yoxdur. Qərar 29 martdan sonrakı hadisələrə şamil olunur. 29 mart daxil olmaqla sifariş olunan və ödəniş olunan avtomobillərin Azərbaycana buraxılacaq”.
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR












