İqtisadiyyat Nazirliyi Qarabağın bərpası üçün konsepsiya hazırlayır

“İşğaldan azad edilmiş Qarabağ bölgəsi vaxtilə Azərbaycan iqtisadiyyatında xüsusi çəkiyə malik olub”.
Bunu Avtosfer.az-a açıqlamasında İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.
“İşğalın davam etdiyi 28 il ərzində həm sosial-iqtisadi, həm də ekoloji baxımından çox ciddi ziyanlar müşahidə edilib. Belə ki, Qarabağda 600-dən çox sənaye və kənd təsərrüfatı müəssisəsi tamamilə dağıdılıb, həmçinin bölgənin zəngin təbii ehtiyatları səmərəsiz formada istismar edilib. Hazırda nazirlik Qarabağın bərpası üzrə xüsusi konsepsiya hazırlayır. Sənəddə işğaldan azad edilmiş ərazilərin mərhələli şəkildə, ixtisaslaşma aparmaqla və vahid yanaşma tətbiq etməklə bərpası öz əksini tapacaq. Kənd təsərrüfatı və sənayenin inkişafına imkan verən aqrar-sənaye komplekslərinin yaradılmasına, turizm obyektlərinin inşasına, təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsinə başlanılacaq”, - o qeyd edib.
H.Hüseynovun sözlərinə görə, Qarabağla bağlı təmsil etdiyi və digər qurumlar qiymətləndirmə işlərini davam etdirirlər: “Bu qiymətləndirmədə yerli metodologiyadan istifadə edilir. Növbəti mərhələdə beynəlxalq təşkilatların prosesə cəlb edilməsi nəzərdə tutulur. Regionda aparılacaq ixtisaslaşma prosesində təbii olaraq ənənəvi iqtisadi sahələr nəzərə alınacaq, eyni zamanda infrastruktur quruculuğuna start verilib, dəmir və avtomobil yollarının, nəqliyyat qovşaqlarının bərpası nəzərdə tutulur”.
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO










